Təbiəti qoruyaq!
19.04.2025 [10:51]
Sağlamlığımız ekologiyanın vəziyyətindən asılıdır...
Yaşadığımız mühiti qorumaq hər kəsin borcudur. Bu gün qlobal istiləşmə, sunamilər, daşqınlar, torpaq sürüşmələri, bir sözlə, baş verən bütün təbii fəlakətlər dünyanı narahat etməkdədir. Hər gün ekoloji böhranın mənfi nəticələri ilə qarşılaşırıq: havanın və suyun çirklənməsi, heyvan və bitki növlərinin nəslinin kəsilməsi, iqlim dəyişikliyi və s. Hərdən düşünürsən ki, bəlkə bütün bunlar təbiətin bizə verdiyi dərs, insanın onu istismar etməsinə qarşı üsyanıdır?
Etiraf edək ki, bəzən təbiətdən daha çox şey qoparmağa çalışır, eyni zamanda heç nəyin fərqinə varmırıq. Həyatımızı daha firavan qurmaq üçün təbii ehtiyatlardan israfçılıqla istifadə edir, götürdüyümüzün yerini doldurmağa isə təşəbbüs göstərmirik. Nəticədə, ekoloji tarazlıq pozulur.
Yaşıllıqların rolu vacibdir!
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə açıqlama verən ekoloq Rövşən Abbasov bildirib ki, ətraf mühitin mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür: “Məqsədimiz təbiəti və ətraf mühiti qorumaq, təbiətin bizə bəxş etdiyi resurslardan məsuliyyətli və şüurlu istifadə üçün həll yolları axtarmaqdır. Bu istiqamətdə respublikamızda ardıcıl tədbirlər həyata keçirilib və keçirilməkdədir. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda ötən ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi mövcud problemlərin həllinə mühüm stimul oldu. Sərəncamda ölkəmizin, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi, iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunurdu. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və sabit enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarına nəqli də Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərdəndir”.
Hava və suyun çirklənməsi...
R.Abbasovun sözlərinə görə, bu gün ən ciddi ekoloji problemlərdən biri havanın çirklənməsidir: “Tullantıların və zərərli maddələrin atmosferə atılması tənəffüs orqanlarının xəstəliklərinə və qlobal iqlim dəyişikliyinə səbəb olur. Havanın keyfiyyəti, tozun miqdarı, yerüstü ozon, kükürd və azot oksidləri, karbon-monoksid və digər indiqatorlardır ki, bunlara hava keyfiyyəti indeksi müəyyən olunur. Hava keyfiyyəti indeksi 0-500 arası dəyişir. Əgər rəqəmlər 0-50 arasındadırsa, deməli, hava keyfiyyəti çox yaxşıdır. 50-100 arası olduqda havanın keyfiyyəti normal kimi qeyd olunur, 100-250 aralığı isə orta keyfiyyətə sahib hava şəraiti olduğunu bildirir. 250-350 arasındadırsa, pis, 250-dən sonrası isə daha pis olduğuna dəlalət gətirir.
Digər aktual problem isə suyun çirklənməsidir. Tullantı sularının sistemsiz təmizlənməsi və pestisidlərin istifadəsi suyun keyfiyyətinin pisləşməsinə, daha doğrusu, onun “ölümünə” səbəb olur. Bu problemin həll olunması üçün tullantı sularının səmərəli təmizlənməsini və su obyektləri ətrafında ekosistemlərin formalaşmasını təşviq etməyə ehtiyac var”.
Gələcək nəsillərə ötürəcəyimiz qiymətli miras!
Ekoloq qeyd edib ki, ekologiyamıza və yaşıl dünyamıza qayğı göstərərək, bu proseslərin fəal iştirakçıları olmalıyıq. Biz birlikdə ətraf mühitin mühafizəsi və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi ilə bağlı təşəbbüsləri dəstəkləməklə qərarların qəbuluna təsir edə və səsimizi eşitdirə bilərik.
Təmiz ekologiya və yaşıl dünya bizim faydalanmalı və gələcək nəsillərə ötürməli olduğumuz qiymətli miraslardır. Təbii sərvətlərdən məqsədyönlü istifadə, təmiz hava, su və torpağa qayğı, bioloji müxtəlifliyin qorunması bizim və gələcək nəsillərin təbiətlə harmoniyada yaşaya biləcəyi dünyaya aparan yoldur. Ekoloji problemlərin həlli əsas prioritetimiz olmalıdır və yalnız bu halda nəsillərimizin təmiz və təhlükəsiz ətraf mühitə sahib olmaq hüququnu təmin edə bilərik”.
Səlim
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxElm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13

