Süni intellektlə bağlı geniş platforma
15.04.2025 [10:40]
Bakı süni zəka üzrə liderləri bir araya toplayıb
Bugünlərdə Azərbaycanda süni intellekt sahəsində qabaqcıl şirkətlərdən biri olan “Neurotime” və ADA Universitetinin təşkilatçılığı ilə 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilib. Forumda yerli və beynəlxalq mütəxəssislər, tədqiqatçılar, sahibkarlar və dövlət nümayəndələrinin iştirakı ilə müxtəlif sahələrdə süni intellektin tətbiqi imkanları geniş şəkildə müzakirə edilib. ADA Universiteti, Florida Texnologiya İnstitutu, Nyu-York Universiteti, Tallin Texnologiya Universiteti və Kolumbiya Universitetinin professorları çıxış edərək innovasiyalar və süni intellektin perspektivləri barədə dəyərli bilik və təcrübələrini bölüşüblər. Tədbir çərçivəsində süni intellekt və Big Data sahəsindəki ən son texnoloji yeniliklər, elmi nailiyyətlər və innovativ həllər təqdim olunub.
2030-cu ilə qədər...
Forum Azərbaycanın süni intellekt və rəqəmsal transformasiya sahəsində regional liderliyə doğru atdığı növbəti mühüm addım kimi qiymətləndirilir. Tədbirdə iştirak edən İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Fariz Cəfərov bildirib ki, qlobal süni intellekt bazarı 2025-ci ilin sonuna qədər 500 milyard dollara çatacaq. 2030-cu ilə qədər bu göstərici 1,8 trilyon dollara qədər artacaq. “Biz yeni bir dövrün astanasındayıq. Hazırda süni intellekt və böyük məlumatlar sadəcə həyatımızı dəyişmir və innovasiyaları transformasiya etmir, həm də onlar problemləri həll etmə, xidmətlər göstərmə və cəmiyyəti formalaşdırma üsullarımızı yenidən nəzərdən keçirməyimizə səbəb olur”.
F.Cəfərovun sözlərinə görə, səhiyyədən təhsilə, logistikadan energetikaya qədər - bu texnologiyalar nəhəng transformasiya potensialına malikdir. Həmin sahələrdə süni intellektə çıxış imkanlarının artırılması hədəflənib.
Dünya Süni İntellekt Alyansının üzvü
Fariz Cəfərov qeyd edib ki, Azərbaycan Dünya İqtisadi Forumu (DİF) ilə birgə müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində süni intellektin tətbiqi ilə bağlı layihələr həyata keçirir: “Hazırda DİF ilə birgə bir neçə layihə həyata keçiririk. Azərbaycan DİF-in Süni İntellektin İdarə Edilməsi Alyansının üzvüdür. Biz müxtəlif istiqamətlərdə işləyirik, o cümlədən energetikada süni intellektin tətbiqi ilə bağlı layihələr üzərində çalışırıq. Eyni zamanda çağrı mərkəzlərində süni intellektdən istifadə edirik”.
Pilot layihələr - strateji yolun istiqamətləri
F.Cəfərov bildirib ki, Azərbaycanda səhiyyə, təhsil, kənd təsərrüfatı, idman, rəqəmsal dövlət və bir çox digər sahələrdə süni intellektin məsuliyyətli istifadəsi üzrə pilot layihələr sınaqdan keçirilir. Hökumət tərəfindən qəbul edilmiş süni İntellekt üzrə Milli Strategiya sənədi ölkənin etik, inklüziv və innovasiyaya yönəlmiş süni intellektə gedən yolunu müəyyən edir və bu strategiya 5 əsas istiqamət üzərində qurulub: “Birincisi - süni intellektin idarə edilməsi və tənzimlənməsidir: onun tətbiqi üçün normativ bazanın, etik standartların və qaydaların yaradılması. İkincisi - istedadlar və təhsildir: gənclərin süni intellektə yönəlmiş gələcək əmək bazarına hazırlanması, həmçinin bütün Azərbaycan vətəndaşlarının süni intellektin gətirəcəyi dəyişikliklərə uyğunlaşması. Üçüncüsü - infrastruktur və məlumat ekosistemidir. Superkompüterlər, data mərkəzləri, məlumatların saxlanması və yüksəksürətli internet olmadan süni intellektin inkişafını təmin etmək mümkün deyil”.
F.Cəfərov qeyd edib ki, bu istiqamət ölkədə keyfiyyətli, təhlükəsiz və uyğun məlumatların təmin edilməsini nəzərdə tutur: “Dördüncü istiqamət - tədqiqat və innovasiyalardır: süni intellekt sahəsində akademik cəmiyyətin, startapların və tətbiqi tədqiqatların dəstəklənməsi. Beşinci istiqamət - beynəlxalq əməkdaşlıqdır. Süni intellekt sahəsində dünya inkişafından təcrid olunmaq müsbət nəticələr verməyəcək. Məhz buna görə qlobal tərəfdaşlarla qarşılıqlı əlaqə və süni intellektin məsuliyyətli gələcəyinin formalaşmasında iştirak həlledici rol oynayır”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

