Demokratiyanın başlıca prinsiplərindən biri
19.02.2025 [08:30]
Azərbaycanda ifadə azadlığına heç bir məhdudiyyət yoxdur
Demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitələrdən biri olaraq mətbuatı xüsusilə vurğulamalıyıq. Sivilizasiya inkişaf etdikcə, cəmiyyətin və dövlətin idarə olunması təkmilləşdikcə artıq azad söz daşıyıcısı sayılan mətbuatın sərbəst və maneəsiz fəaliyyətinə imkan yaranmışdı. Buna qədər isə mətbuat qadağa və repressiyalardan keçmiş, senzura nəzarətinə dözməli olmuş, bəzən isə “icazə verilən həddə” azad və sərbəst fəaliyyət göstərmişdi. Lakin tarixin müxtəlif dövrlərində insanlar doğru, ədalətli və cəsarətli sözə ciddi ehtiyac duyublar. Uzun illər, əsrlər boyu sözü açıq və sərbəst formada söyləmək çətin, qorxulu, bəzən isə qeyri-mümkün olub.
Azərbaycanın siyasi həyatında sözün azadlığı uğrunda mübarizələr müxtəlif tarixi mərhələlərdən keçib. Mətbuat və onun əsas silahı olan söz də, azad düşüncə də həqiqi azadlığa yalnız 20-ci əsrin sonlarında qovuşdu. Azərbaycanın, xalqın azadlıq savaşında cəmiyyətin bütün zümrələrini səfərbər edib mübarizəyə qaldıran ilklər də elə söz fədailəri idilər.
Bu gün Azərbaycan mətbuat azadlığının təmin olunması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir. İnternet mediasının inkişafı və sosial şəbəkələrin genişlənməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Bu mənada demokratik inkişaf yolunu seçən ölkəmizdə söz və məlumat azadlığına heç bir halda məhdudiyyət yoxdur. O cümlədən internet azaddır və ondan hansısa formada istifadəyə heç bir qadağa mümkün deyil.
Dünya standartlarına cavab verən media formalaşıb
Mövzu barədə “Yeni Azərbaycan”a danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda fikir, söz və məlumat azadlığı ən yüksək səviyyədə təmin olunur. Onun sözlərinə görə, bu gün ölkəmizdə hər kəsin fikrini sərbəst ifadə etmək hüququ var: “Azərbaycan mətbuatında istənilən mövzunu işıqlandırmaq mümkündür. Söz azadlığı baxımından Azərbaycan dünyada və bölgədə qabaqcıl yerləri tutur. Hazırda ölkəmizdəki televiziyalarda, qəzetlərdə və radiolarda bu azadlıq özünü açıq-aydın göstərir. Hər bir məsələ dövlət səviyyəsində tənzimlənir və dövlət bu prosesdə öz fəaliyyətini ən uyğun formada həyata keçirir. İnsanlar fikirlərini sərbəst bildirir, toplaşır və azad şəkildə fikir mübadiləsi aparırlar. Bu da plüralizm və söz azadlığı baxımından Azərbaycanın ön sıralarda olduğunu bir daha sübut edir. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı. Sevindirici haldır ki, bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil media formalaşmaqdadır. 1998-ci ildə Heydər Əliyev tərəfindən mətbuat üzərində dövlət tənzimlənməsini nəzərdə tutan bütün mexanizmlər, o cümlədən senzura aradan qalxdı. Azərbaycan mətbuatının dövlət nəşriyyatına olan borcları əvvəlcə üç il müddətində donduruldu, sonra isə ləğv olundu. Hazırda bu məqsədyönlü işlər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün qəzet, jurnal, informasiya agentliyinin təsis edilməsi üçün münbit şərait var”.
Qanunvericilik kifayət qədər mükəmməldir...
Millət vəkili qeyd edib ki, medianın fəaliyyət göstərməsi üçün Azərbaycanda heç bir əngəl yoxdur: “Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Birinci, dövlətin görməli olduğu işlər və real durum, ikinci isə əlbəttə ki, medianın özünün üzərinə düşən vəzifələr. Dövlətə gəlincə, burada qanunvericilik kifayət qədər mükəmməldir. Müəyyən qüsurlar, yaxud da tənqidlər olsa da, dövlət medianın və jurnalistlərin azadlığının yüksək səviyyədə təmin edilməsi üçün bütün şəraiti yaradıb. Azərbaycanda heç kəs iddia edə bilməz ki, biz özümüzü azad şəkildə ifadə etməkdə çətiniklərlə üzləşirik”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

