Gəncədə “Regional medianın inkişafı” layihəsi çərçivəsində təlim keçirilib
24.10.2024 [19:37]
Gəncədə “Regional medianın inkişafı” layihəsi çərçivəsində təlim keçirilib. Təlimdə regionlarda fəaliyyət göstərən media nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunan təlimin məqsədi regional medianın inkişafının stimullaşdırılması, onun dayanıqlı inkişaf mexanizminin formalaşmasına dəstək vermək, bölgələrdə fəaliyyət göstərən media nümayəndələri üçün müzakirə platformasının yaradılması olub.
Agentliyin icraçı direktorunun müavini Natiq Məmmədli çıxışında medianın inkişafında maarifləndirmənin rolunu xüsusi qeyd edib.
Təlim iştirakçılarına "Azərbaycanda media mühitinin hüquqi tənzimlənməsinin yeni mexanizmləri" mövzusunda geniş məlumat verilib. Həmçinin “Media haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələlərdən bəhs edilib. “Sosial mediada jurnalistlərin peşə davranış qaydaları” mövzusu da müzakirə olunub.
Qeyd edilib ki, bu gün ölkəmizdə 10,1 milyon əhalinin 6,1 milyonu sosial media istifadəçisidir. Ümumiyyətlə, sosial mediada informasiya manipulyasiyası, dezinformasiya, fərdi məlumatların açıqlanması, uşaq hüquqlarının pozulması kimi hallar yolverilməzdir.
Çıxışlarda gələn il Azərbaycan milli mətbuatının 150 illiyi ilə bağlı geniş tədbirlərin keçiriləcəyi, media sahəsində müxtəlif müsabiqələrin təşkil ediləcəyi də diqqətə çatdırılıb. Regiondakı jurnalistlər bu müsabiqələrdə fəal iştiraka dəvət olunub.
Təlimdə region gənclərinin iştirakı ilə "Media savadlılığı" mövzusunda geniş məlumatlandırma aparılıb.
Sonda Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva jurnalistlərə açıqlamasında medianın inkişafı ilə bağlı indiyədək keçirilən təlimlərin önəmli nəticələr verdiyini bildirib. Onun sözlərinə görə, bölgələrdə fəaliyyət göstərən media nümayəndələri arasında qarşılıqlı təcrübə mübadiləsi məqsədilə səfərlər təşkil olunacaq, media subyektlərinin müsabiqələrdə iştirakının təmin olunması üçün bir sıra layihələr həyata keçiriləcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34

