Uşaqlar dünyaya gələn gündən...
12.10.2024 [09:10]
Vətənpərvər ruhda yetişdirilməlidir!
Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi ölkənin gələcəyini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Məlumdur ki, vətənpərvərlik sadəcə, Vətənə sevgi və məhəbbət hissi deyil, həm də milli kimliyimizin, mədəniyyətimizin öyrənilməsi üçün fərdin cəmiyyət qarşısında məsuliyyət hissini formalaşdıran bir anlayışdır. Ona görə də bu mənəvi dəyərlərin aşılanması üçün dövlətimiz tərəfindən düşünülmüş, məqsədyönlü siyasət həyata keçirilir.
Məlumdur ki, vətənpərvərlik hissi əvvəlcə ailə mühitində formalaşır. Ailədə uşaqlara milli dəyərlər, adət-ənənələr, tarix və mədəniyyətlə bağlı biliklərin ötürülməsi onların milli kimliyini formalaşdıran əsas addımdır. Ailə üzvləri, xüsusən də valideynlər öz davranışları və danışdıqları ilə uşaqlara Vətənə sevgi, ona bağlılıq hisslərini aşılaya bilər. Bu proses kiçik yaşlardan başlamalıdır ki, uşaq ilk olaraq öz mədəniyyətini və kimliyini dərk etməyi öyrənsin.
Təlim-tərbiyə işi düzgün qurulmalıdır
Mövzu barədə “Yeni Azərbaycan” açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, ölkəmizdə hərbi vətənpərvərlik ruhu milli kimlik və tarixin dərin kökləri ilə bağlıdır. O, qeyd edib ki, xüsusilə Vətən müharibəsində bunun bir daha şahidi olduq: “Hər kəsi bir yumruq ətrafında birləşdirən hiss məhz vətənpərvərlik və milli mənlik şüurunun dərki idi. İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və uğurlu hərbi əməliyyatlar bütün azərbaycanlılar arasında vətənpərvərlik coşqusu yaratdı. Bu gün regionda və sərhədlərimizdə baş verən proseslər onu göstərir ki, hər bir vətəndaşımız, xüsusilə də gənclərimiz istənilən an Vətənimizin təhlükəsizliyinin təmin edilməsi üçün öz borcunu yerinə yetirməyə hazır olmalıdırlar. Bunun üçün ilk növbədə ailədə, uşaq bağçalarında və xüsusilə də orta məktəblərdə təlim-tərbiyə işi düzgün qurulmalıdır”.
Atılan addımlar təqdirəlayiqdir
Ekspert vurğulayıb ki, insanlarda vətənpərvərlik ruhunun formalaşması və yaxud tərbiyələnməsi hansısa bir yaşdan başlamır: “Bina bünövrəsi üstündə durduğu kimi, insan da vaxtında, doğru-düzgün tərbiyə olunarsa, ilkin vərdişlərə yiyələnərsə, gələcəkdə vətənpərvərlik hissi daha möhkəm olacaq və istənilən təhlükələrə sinə və güc gələcək. Bir məqamı xatırlatmaq yerinə düşər: Yeni ana olmuş bir qadın uşağını nə zamandan tərbiyələndirməyə başlamalı olduğu barədə peyğəmbərə müraciət edir. Peyğəmbər ondan uşağının nə zaman doğulduğunu soruşur və ana altı gündür ki, övladını dünyaya gətirdiyi söyləyir. Peyğəmbər cavab verir ki, artıq 6 gündür övladını tərbiyələndirməyə gecikib. Ona görə də düşünürəm ki, vətənpərvərlik tərbiyəsi daimi gedən proseslərdir. Ümumiyyətlə, respublikamızda övladlarımızın vətənpərvər ruhda yetişməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Artıq balaca balalarımıza bağçadan başlayaraq vətənpərvərlik, bayrağa, vətənə sevgi aşılanır. Daha sonra məktəblərdə bu proses davam edir. Aşağı siniflərdən buraxılış sinfinə qədər mövzular dəyişsə də, məqsəd bir olaraq qalır: vətənpərvərlik vərdişlərini inkişaf etdirmək və vətənpərvərlik ruhunu formalaşdırmaq”.
Müharibə veteranı olan müəllimlər tədrisə cəlb edilməlidir
Ə.Verdiyev həmçinin şagirdlərin vətənpərvər ruhda yetişməsində təhsil müəssisələrinin rolundan danışıb: “Şagirdlərimiz Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizdən, döyüşçülərimizdən nümunə götürməlidirlər. Yuxarı siniflərdə mövcud olan gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi üçün müharibə veteranları olan müəllimləri prosesə cəlb etmək lazımdır. Məktəblərdə müharibədə şüacaət göstərən qəhrəman hərbi qulluqçularımızla şagirdlərin görüşləri təşkil olunmalıdır. Bu görüşlər davamlı xarakter daşımalıdır. Müxtəlif müşavirələr, konfranslar, dəyirmi masalar, mədəni-kütləvi və digər tədbirlərin keçirilməsi formal xarakter daşımamalıdır. Çağırışaqədər hərbi hazırlıq fənninin tədrisi üçün məktəblər bütün zəruri olan avadanlıqlarla tam şəkildə təmin edilməlidirlər. Bu fənlərin tədrisi ilə məşğul olan heyətin hazırlığına da ciddi diqqət yetirilməlidir. Keçirilən hərbi oyunların miqyası kənd, qəsəbə və rayon səviyyəsinə qədər inkişaf etdirilməlidir. Məktəblilərin yuxarı siniflərdə güc strukturlarının hərbi hissələrinə səfərləri təşkil edilməlidir. Həmin hərbi hissələrin keçdiyi döyüş yolu, onun qəhrəman qulluqçuları barədə şəxsi heyətə geniş məlumatlar verilməlidir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35

