Hərtərəfli inkişafımız üçün...
24.09.2024 [08:41]
Bu proqramların hazırlanması vacibdir
Cəmiyyətimizin daha da savadlanması üçün tariximiz, mədəniyyətimiz və xalqımıza məxsus olan dəyərlər barədə geniş informasiyalara yiyələnmək vacibdir. Əvvəla, tarixi həqiqətlər daha dərindən öyrənilməlidir ki, milli maraqlarımızı da lazımınca müdafiə edə bilək. İllər boyu öz məkrli siyasəti ilə bizə məxsus olanı, tarixi torpaqlarımızı, adət-ənənələrimizi, mədəniyyətimizi, musiqimizi ələ keçirmək istəyən bədnam qonşularımızın olduğunu bilirik. Bilirik ki, bizə məxsus olan hər şeyə sahib çıxmaq niyyətindədirlər. Bütün bunlara mane olmaq isə hər bir vətəndaşın ən başlıca vəzifəsidir.
Doğrudur, 44 günlük müharibənin məntiqi nəticəsi olaraq, düşmən üzərində mükəmməl qələbə qazanıldı, torpaqlarımız işğaldan azad edildi, bizə məxsus olan hər nə varsa, geri qaytarıldı. Amma unutmaq lazım deyil ki, düşmən olduqca hiyləgərdir və hələ bundan sonra da bizə məxsus olan dəyərlərə əl uzatmayacağını söyləmək olmaz. Biz məhz xalqımıza məxsus olan dəyərləri qorumalı və öyrənməliyik ki, onlara sahib çıxa bilək. Tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi, özümüzə məxsus olan hər nə varsa, onların hamısını daha dərindən öyrənməsək, ərazilərimizin hər qarışı barədə hərtərəfli məlumata sahib olmasaq, onların müdafiəsi barədə danışmaq belə çətin olar. Etiraf edək ki, bütün bunların reallaşması üçün də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanmasına xüsusi diqqət lazımdır.
Təhsil üzrə ekspert Elşən Qafarov mövzu barədə “Yeni Azərbaycan”a açıqlamasında qeyd edib ki, dünyanın istənilən ökəsinin inkişafı ilk növbədə elm, təhsil və mədəniyyətin səviyyəsi ilə ölçülür. Ekspert bildirib ki, ona görə də elmi-kütləvi, həmçinin mədəni-maarif proqramların inkişafının daha da sürətləndirilməsi istiqamətində görülən işlər tamamilə məntiqi addım olaraq qəbul edilir: “Ölkəmizdə də bu istiqamətdə addımların atılması, dövlətin gördüyü işlər cəmiyyət tərəfindən doğru addım olaraq qəbul edilir. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının inkişafı ən mühüm məsələ olaraq diqqət mərkəzində saxlanılıb. Elə bu səbəbdən də hazırda bu istiqamətdə nailiyyətlərin olması məntiqidir və əldə olunan nailiyyətlər görülən işlərin məntiqi nəticəsi sayılır. Çünki ölkəni dünyanın elm-mədəniyyət beşiyinə çevirə bilən məhz həmin proqramlardır”.
E.Qafarovun sözlərinə görə, bütün ixtiralar, elmi kəşflər, elm-mədəniyyət nümunələri, ərsəyə gələn əsərlər cəmiyyət üçündür, insan naminə yaradılır və faydasını görən də insanlar, ümumilikdə, bəşəriyyətdir: “Deməli, həmin bu ənənələrin, ixtiraların, kəşflərin, əsərlərin yaradılması ənənəsi davam etdirilməlidir. Bu da o deməkdir ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları daha böyük diqqətə layiqdir. Çünki insanların bilik səviyyəsinin, əhatəsinin genişlənməsində, daha da savadlanmasında, informasiya ilə təmin olunmasında, hətta insanların zövqünün formalaşmasında, ümumilikdə, cəmiyyətin həyatında müsbət istiqamətdə mühüm rol oynayır”.
Ekspert qeyd edib ki, elm və təhsil proqramlarının davamlı şəkildə inkişaf etdirilməsi, ilk növbədə bilik səviyyəsinin artmasına, inkişafına və insanların savadlanmasına öz tövhələrini verməkdədir: “Bu baxımdan da cəmiyyətin inkişafı, tərəqqisi naminə həmin proqramların mütəmadi şəkildə hazırlanması və inkişafı nəzərdən qaçmamalıdır. Həmin proqramlarının hazırlanmasına xüsusi diqqətin ayrılması, getdikcə həmin diqqətin daha da artırılması bu baxımdan qəbul olunan hesab olunur. Onu da etiraf etmək lazımdır ki, elm və təhsil proqramları, eləcə də cəmiyyətimizin daha da savadlanması, daha dolğun məlumatlara sahib olması üçün əlverişli şərait və kifayət qədər geniş imkanlar da mövcuddur. Əslində, geniş imkanlar dedikdə ilk növbədə ölkəmizdə internet şəbəkəsinin olmasını xatırlatmaq kifayət edir. Bu şəbəkənin köməyi ilə insanlar daim məlumatlanmaq, geniş və dolğun informasiyalar əldə etmək, eləcə də ötürmək imkanı əldə edirlər ki, bu da hazırda əvəzolunmazdır. Çünki təkcə maariflənmək, məlumat əldə etməklə iş bitmir və elmimizin, təhsilimizin, mədəniyyətimizin təbliği də xüsusi əhəmiyyət kəsb edir. Hansı ki, bunun üçün internet resurlarından yararlanmağın olduqca böyük faydası var”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18

