Valideynlərin nəzərinə...
07.06.2024 [10:35]
Sağlam qida sağlam fiziki inkişaf deməkdir!
Hər bir uşağın özünəməxsus xüsusiyyətləri var. Bu xüsusiyyətlər təkrarolunmaz sayılsa da, uşaqlar inkişaf dövründə eyni mərhələləri keçir və bu mərhələləri müşayiət edən ehtiyaclarla üzləşirlər. Ona görə də valideynlərin uşağın inkişafı mərhələləri, onların fizioloji böyümə prosesi və mənəvi inkişafı haqqında maariflənməsi çox vacibdir.
ABŞ-da uşaq həkimləri arasında populyar bir inam var. Onlar hesab edirlər ki, uşağın fiziki sağlamlığının əsasında onun psixososial sağlamlığı dayanır. Belə ki, uşağın psixososial durumu qaydasında olarsa, o zaman onun fiziki sağlamlığı da yerində olacaq.
Uşaqların fiziki və mənəvi inkişafı üçün sağlam qidalanma da mühüm əhəmiyyət kəsb edir. Uşaq orqanizminin hərtərəfli inkişafı və sağlamlığı üçün düzgün və səmərəli qidalanma ən vacib şərtlərdən biridir. Belə ki, uşaqlıq dövrü insan orqanizminin sonrakı fiziki, əqli inkişafında xüsusi əhəmiyyətə malikdir. Araşdırmalara görə, meyvə və tərəvəz yeyən uşaqların psixi sağlamlığı daha yaxşı olur və bu, onların akademik nailiyyətlərinə birbaşa təsir edir.
Qeyri-düzgün və nizamsız qidalanma nəticəsində isə uşaqlar əqli və fiziki inkişafdan geri qalır, eləcə də çəki problemləri ilə qarşılaşırlar ki, bu da gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır. Xüsusən də zərərli qidalanma vərdişləri uşaqlarda piylənmənin inkişaf etməsində əsas rol oynayır.
Valideyn övladının fiziki inkişafını istəyirsə...
Həkim-pediatr Ramilə Məmmədova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, sağlam qida sağlam fiziki inkişafdır: “Qidalar və qidalanma vərdişləri uşaqların psixi və fiziki sağlamlığında açar rolunu oynayır. Düzgün və balanslaşdırılmış qidalanma uşaqların sağlamlığını müəyyən edən vacib amillərdəndir. Qida rasionu uşağın əqli qabiliyyətinin, yaddaşının və intellektinin formalaşmasında mühüm rol oynayır. Valideynlər övladının fiziki və zehni inkişafının artmasını istəyirlərsə, onların qida rasionuna diqqət etməlidirlər. Balanslı səhər yeməyi beynin işini gücləndirir, yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına kömək edir”.
Zəif qidalanma zəif sağlamlıq...
Həkim vurğulayıb ki, bir çox uşağın gündəlik qida rasionunda yüksək miqdarda şəkər, rafinə olunmuş nişasta, asitli içkilər, süni yağlar, qida boyaları, müxtəlif qatqı və qoruyucu maddələr olur. Bu qidalanma tərzi çox yüksək enerjini əhatə edir və eyni zamanda təməl qida maddələrindən əskik qidalanma sistemi deməkdir: “Həmin qidalar övladlarımızın öyrənmə bacarıqlarında, psixi hallarında və davranışlarında dalğalanmalara səbəb olur. Zəif qidalanma zəif sağlamlıq deməkdir. Çox zaman hazırlanması və alınması rahat olan hazır qidalarla övladlarımızın sağlamlığını öz əllərimizlə zədələyirik. Bu cür qidalanma ilə bədənimizin və beynimizin yaşamaq funksiyası üçün vacib olan qidaları ya əskik, ya da heç qəbul etmirik”.
Maye qəbulu vacibdir...
R.Məmmədovanın sözlərinə görə, uşaqların qidalanması ilə bağlı vacib amillərdən biri də maye qəbuludur: “Onların suya olan tələbatı daha çoxdur. Buna görə də uşaqlar gün ərzində kifayət qədər su və maye qəbul etməlidirlər. Xüsusən də piylənmə riskindən qorumaq üçün uşaqların gündəlik qida rasionunda isti duru yeməklərin, meyvə-tərəvəzin olması da şərtdir. Uşaqların qidalanmasında yaşı, fiziki yüklənməsi, əqli gərginliyi və digər amillər mütləq nəzərə alınmalıdır. Bunun üçün uşaqların psixi və fiziki sağlamlıqlarını qorumaq naminə onlara yedirtdiyimiz qidalar haqqında ətraflı məlumata sahib olmalıyıq”.
Omeqa yağının faydaları
Peditar həmçinin uşaqların beyin inkişafı və lazımi funksiyaları yerinə yetirməsi üçün Omeqa-3, Omeqa-6 kimi təməl yağların faydasından da danışıb: “Bunlar orqanizm tərəfindən istehsal oluna bilmədiyi üçün onları qida yolu ilə almağımız vacibdir. Esensial yağlar üçün ən yaxşı mənbə dəniz məhsullarıdır. Son tədqiqatlar göstərir ki, immun sistemi, ürək və beyin sağlamlığı üçün uşaqlarımıza verdiyimiz Omeqa-3 onların tez oxuma, hesablama, diqqət və yaddaşlarında olan problemlərinin həllinə kömək edir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

