Ətraf mühitin qorunması naminə...
05.06.2024 [10:21]
Ölkəmizin atdığı addımlar dünyaya nümunədir!
İnsanların formalaşmasında, yetkinləşməsində təbiətin, ətraf mühitin böyük əhəmiyyəti və təsiri var. Bu baxımdan ətraf mühitin qorunması, təbiətə qayğı ümumxalq işidir. Bu işi həyata keçirməkdə bütün vətəndaşlar iştirak etməlidir.
Ətraf mühitin mühafizəsi qlobal bir anlayışdır və bu anlayış zamanın tələbi ilə yaranıb. Vaxtilə təbiətə, onun sərvətlərinə nizamsız və sarsıdıcı həmlələr bəşəriyyəti dilemma qarşısında qoydu. İnsan həm təbiətdən istifadə etməli, həm də onu qorumalıdır. Ətraf mühitin qorunması, təbii sərvətlərdən düzgün və səmərəli istifadə edilməsi beynəlxalq aləmdə dövlət səviyyəsində duran tələblər sırasına daxildir. Əhali artımı, resursların kifayət etməməsi, hətta tükənməsi amilləri həyəcan doğurmağa başlayanda əvvəlcə buna ciddi əhəmiyyət verilmirdi. Lakin ekoloq- alimlərin əsaslandırılmış arqumentləri hamını düşündürməyə başladı.
20-ci əsrin sonlarından başlayan elmi-texniki tərəqqinin, sənayenin sürətli inkişafının ətraf mühitə etdiyi təsirlər isə zamanla mənfi nəticələrini göstərməyə başladı. İnsanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəni dayandırmayacaqları təqdirdə həmin prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz sonluqlara gətirib çıxaracağını anladılar. Yaranan problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər və ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar.
Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışıblar. Belə ki, 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında da ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi məsələlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan tədbir iştirakçıları iyunun 5-nin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar veriblər. Növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlayıb.
Azərbaycanda ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Hər zaman olduğu kimi bu gün də dövlətimiz qlobal iqlim siyasəti ilə bağlı aparılan fəaliyyətə öz dəstək və töhfəsini verir. Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bu qəbildən olan tədbirlərdəndir. Bu ilin sonunda - noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) respublikamızda keçirilməsi çox qürurverici hadisədir. Tarixi əhəmiyyətli bu ekoloji tədbirə Azərbaycanın ev sahibliyi etməsi, dövlətimizin və onun rəhbərinin dünyada qlobal məsələlərin həllində aparıcı rolunun əyani göstəricisidir.
Məlumdur ki, COP29-da müzakirə ediləcək əsas məsələlər dünyada iqlim dəyişikliyinin və ətraf mühitin qorunması olacaq. Azərbaycan neft-qaz ölkəsi olsa da, ətraf mühitin qorunmasına töhfə verən ölkələrdəndir. Özümüzü ənənəvi enerji ilə təmin etmək imkanımız olduğu halda, ətraf mühitə ziyan vurmayan “yaşıl enerji” ilə təmin etmək üçün əməli addımlar atırıq. Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad olunan ərazilərdə su, günəş və külək-elektrik stansiyaları tikilir və gələcəkdə bu sahədə görüləcək işlərin miqyasının daha da artacağı nəzərdə tutulur.
Bütün bunlar heç də təsadüfi deyil desək, yanılmarıq. Hələ dörd il öncə, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının söylədiyi fikirlər dediklərimizi əsaslandırır: “Mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim... Bütün bu bölgə dünya üçün “yaşıl enerji” zonası kimi bir nümunə olacaq. Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. Eyni zamanda ən müasir texnologiyalar tətbiq edilməlidir, iqtisadi cəhətdən ən sərfəli texnologiyalar, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji - su, külək, günəş”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

