Azərbaycan dünyaya nümunə göstərir
25.11.2021 [11:07]
Ölkəmizdə dizayn edilən və reallaşdırılan “İqtisadi İslahatların İdarəedilməsi Modeli” qlobal miqyasda innovativ təcrübə kimi qəbul olunub - OECD-in dəyərləndirməsi
Son 18 ildə respublikamızda müxtəlif istiqamətlərdə uğurla reallaşdırılan islahatlar beynəlxalq səviyyədə ciddi rezonans doğurub. Bunu Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Davos İqtisadi Forumunun və bir sıra nüfuzlu reytinq agentliklərinin hesabatlarında yer alan dəyərləndirmələrdən də görmək mümkündür. Həmin hesabatlarda Azərbaycanın adının dünyanın on ən islahatçı ölkəsi sırasında yer alması qürurverici haldır. Belə xoş soraqlardan biri də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından (OECD) gəlib. Qurum Azərbaycanda dizayn edilən və reallaşdırılan “İqtisadi İslahatların İdarəedilməsi Modeli”ni qlobal miqyasda nümunəvi innovativ təcrübə olaraq rəsmi platformasında göstərib.
İslahatlar inkişafa güclü impuls verir
Ötən illərin təcrübəsinə nəzər salsaq, görərik ki, ölkəmizdə iqtisadi inkişafın ardıcıllığının təmin olunması üçün həm hüquqi baza davamlı şəkildə möhkəmləndirilib, həm də praktiki müstəvidə zəruri tədbirlər görülüb, iqtisadi subyektlərin öz fəaliyyətlərini genişləndirmələrinə dəstək artırılıb. Yeni iqtisadi şəraitdə Prezident İlham Əliyev milli iqtisadiyyatımızda istehsal və ixrac imkanlarının genişləndirilməsini hədəfləyən çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Bəhs olunan sənədlər əsasında reallaşdırılan islahatlar indiki mərhələdə meydana çıxan yeni çağırışlar nəzərə alınmaqla, daxili imkanlardan maksimum səmərə ilə istifadə edilməsinə hədəflənib. Bütövlükdə, islahatların spektri kifayət qədər rəngarəng və əhatəlidir. Respublikamızda biznes mühitinin daha da optimallaşdırılması, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, sərmayə cəlbediciliyinin artırılması, investisiya qoyuluşunun, ixracın təşviq edilməsi, vergitutma bazasının genişləndirilməsi yolu ilə vergi yükünün azaldılması, daxili istehsalın qorunması, kölgə iqtisadiyyatının aradan qaldırılması və digər aktual məsələlər ölkəmizin islahatlar proqramında xüsusi yer tutur. Respublikamız Prezident İlham Əliyevin 2016-cı ilin dekabrında imzaladığı müvafiq Fərman əsasında iqtisadiyyatın 11 mühüm sektoru üzrə strateji yol xəritələri qəbul edib. Bəhs olunan sənədlərdə mühüm sahələrin və bütövlükdə milli iqtisadiyyatımızın yaxın, orta və uzunmüddətli dövrdə strateji inkişaf istiqamətləri öz əksini tapıb.
Dərin nəzəri əsaslandırmalar, praktiki müstəvidəki münbit zəmin və dövlətin güclü siyasi iradəsi, genişmiqyaslı dəstək tədbirləri respublikamızda davamlı şəkildə aparılan islahatların yüksək funksionallığını təmin edir. Ölkəmizin reallıqlarına istinadən deyə bilərik ki, kompleks səciyyə daşıyan islahatlar Azərbaycanın hərtərəfli inkişafına güclü impuls verib. Aparılan islahatların məntiqi nəticəsi olaraq respublikamızda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. Son 18 ilin göstəriciləri ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini əyani şəkildə təsdiqləyir.
OECD-in dəyərləndirmələri ölkəmizin nüfuzunun daha da artmasına müsbət təsir göstərəcək
Bütün dünyada nüfuzlu qurum kimi tanınan OECD-nin müvafiq platformasında müxtəlif parametrlər baxımından ən yaxşı innovativ layihələr yayımlanır. Qurum dəyərləndirmələrində hansısa bir subyektiv yanaşmadan söhbət belə gedə bilməz. Azərbaycanın “İqtisadi İslahatların İdarəedilməsi Modeli”nin OECD tərəfindən nümunəvi innovativ təcrübə kimi qəbul edilməsi böyük və ardıcıl işin nəticəsidir. Bu məqsədlə 2019-cu ildən etibarən bəhs olunan qurumla intensiv danışıqlar və müzakirələr aparılıb. Qeyd edək ki, qurumun platformasında əsas üstünlük Böyük Britaniya, Kanada və ABŞ kimi ölkələrə məxsusdur. Azərbaycanda reallaşdırılan iqtisadi islahatların OECD tərəfindən innovativ təcrübə kimi qəbul edilməsi ölkəmizin günbəgün yüksələn nüfuzunun daha da artmasına müsbət təsir göstərəcək. “OECD tərəfindən Azərbaycanın iqtisadi modelinə verilən yüksək qiymət ölkəmizin dünyada imicini daha da yaxşılaşdıracaq, investor inamını artıracaq və beynəlxalq, regional miqyaslı layihələrin həyata keçirilməsində mövqelərimizi gücləndirəcək. Bu, həm də postkonflikt quruculuğu və regional inkişafda Azərbaycanın aparıcı roluna əlavə bir stimuldur”. Bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) keçirilən mətbuat konfransında qurumun icraçı direktoru Vüsal Qasımlı deyib.
OECD-nin rəsmi platformasında ölkəmizin iqtisadi modeli haqqında məlumatlar ətraflı və strukturlaşdırılmış formada təqdim olunub. Burada modelin yenidənqurma prosesində özəl sektor və sivil cəmiyyətin rəqabətqabiliyyətliliyinin artırılması yolu ilə çağırışların aradan qaldırılması, dövlət xidmətlərində şəffaflıq səviyyəsinin daha da yüksəldilməsi və rəqəmsal dövlət xidmətlərinin inkişaf etdirilməsi kimi məsələlərdə rolu barədə məlumatlar qeyd edilib.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43

