“The Washington Times” qəzetində Azərbaycanın turizm imkanları barədə məqalə dərc edilib
15.02.2018 [10:34]
“The Washington Times” qəzetində “Azərbaycana səfər. Bakıda və ölkə boyunca gediş-gəliş” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, materialda Azərbaycana üz tutan turistlərə bu ölkəyə gəlmək üçün əvvəlcə viza almaq lazım olduğu xatırladılır. Bildirilir ki, 2017-ci il Azərbaycanın əsas gəliş-gediş məntəqəsi, ölkənin ən iri hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu üçün rekord ili olub: keçən il bu aeroport 4 milyon sərnişinə xidmət edib. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 23 faiz çoxdur. Məqalədə qeyd edilir ki, 2014-cü ildən etibarən Azərbaycana gələn ABŞ vətəndaşları üçün xüsusi rahat xidmətlər təqdim edilir: Nyu-Yorkdakı Con Kennedi adına aeroportdan (JFK) birbaşa reyslə Heydər Əliyev Aeroportuna uçanlar Bakıya çatandan sonra birdəfəlik qısamüddətli viza ala bilərlər. Heydər Əliyev Aeroportundan Mərkəzi Dəmir Yol vağzalına aeroportun 48 sərnişin tutan rahat avtobuslarında da getmək mümkündür. Azərbaycanda rahat taksi xidmətlərindən də istifadə etmək olar. Göstərilir ki, Azərbaycan daxilində səyahət etmək üçün avtomobilləri kirayə götürmək də mümkündür. Ölkədə avtomobil kirayəsi xidmətləri təklif edən beynəlxalq şirkətlər, o cümlədən “Avis” və “Hertz”, habelə çoxsaylı yerli şirkətlər fəaliyyət göstərir.
Ölkə daxilində uçuşlar üçün Azərbaycanın ən iri aviaşirkəti olan “Azərbaycan Hava Yolları” (AZAL) QSC xidmətlərindən istifadə etmək olar. Bu yaxınlarda AZAL yeni daxili reyslər açıldığını elan edib.
Məqalədə Azərbaycanın digər gözəl şəhərlərinə və mənzərəli guşələrinə, o cümlədən Gəncə, Qəbələ və Şəkiyə getmək də məsləhət görülür.
Azərbaycanda avtobusda səyahətə çıxmaq geniş yayılıb. İri şəhərlərin, demək olar ki, hər birində avtovağzal və ya şəhərlərarası avtobusların dayanacaqları var. Bundan əlavə, ölkə daxilində səyahət üçün münasib qiymətlə dəmir yol xidmətlərindən də istifadə etmək olar.
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

