Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

03.10.2015 [11:08]

Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verilmiş tapşırıqların icrası, eləcə də Vergilər Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilmiş qərarlardan və vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun əmri ilə təsdiq edilmiş Tədbirlər Planından irəli gələn məsələlərin həll edilməsi istiqamətində Vergilər Nazirliyində tədbirlər davam etdirilir. Bu barədə qəzetimizə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.
Məlumatda deyilir ki, bu istiqamətdə görülən işlərin davamı olaraq, vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun daha da təkmilləşdirilməsi, vergilərin yığılmasında təşkilati işlərin gücləndirilməsi, əhalidə vergi mədəniyyəti və intizamının formalaşdırılması sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə vergilər nazirinin 1 oktyabr 2015-ci il tarixli əmri ilə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edilərək Bakı Vergilər Departamentinə birləşdirilib, Departamentin tərkibində Xüsusi rejimli vergi xidməti idarəsi yaradılıb.

Paylaş:
Baxılıb: 1166 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30