Azərbaycanın strateji valyuta ehtiyatları artmağa başlayıb
09.07.2015 [09:12]
Vüqar Bayramov: Mərkəzi Bankın valyuta ehtiyatlarının artması ölkəmizdə uzunmüddətli maliyyə stabilliyi dövrünün formalaşması üçün real iqtisadi baza yaradır
Qlobal miqyasda iqtisadi çətinliklərin və maliyyə təhdidlərinin hələ də davam etməsinə baxmayaraq, Azərbaycan Mərkəzi Bankı son iki ayda özünün strateji valyuta ehtiyatlarını müəyyən qədər artırmağa müvəffəq olub. Belə ki, cari ilin may ayında Mərkəzi Bankın valyuta ehtiyatları 42,9 milyon dollar artaraq 8 milyard 430 milyon dollara çatıb. Bununla da uzun müddətdən bəri ilk dəfədir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma meyli dayanıb və onu artım tendensiyası əvəz edib. Xatırladaq ki, 2015-ci ilin əvvəlindən etibarən Mərkəzi Bankın ehtiyatları 5 milyard 330 milyon dollar və yaxud 38,7 faiz azalmışdı. Ölkəmizdə, həmçinin, pul bazasının həcmi də artaraq iyun ayında 7 597,3 milyon manat təşkil edib. Bu, aprel ayında olan analoji göstəriciyə nisbətən 178,7 milyon manat və yaxud 2,4 faiz çoxdur.
Ekspertlər Azərbaycanda son aylarda müşahidə edilən bu kimi meyilləri iqtisadiyyatımızın geniş imkanları və Mərkəzi Bankın çevik siyasət həyata keçirməsi ilə əlaqələndirirlər. Bununla bağlı fikirlərini ifadə edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bizimlə söhbətində diqqəti, ilk növbədə, cari ilin əvvəlində Azərbaycanın maliyyə sektorunda yaranan vəziyyətə yönəldib: “Məlumdur ki, cari ilin əvvəlindən etibarən Mərkəzi Bank ölkədə dollara artan tələbatı ödəmək üçün intervensiya siyasəti həyata keçirirdi və intervensiya xərclərinin artması da bankın rezervlərinin azalmasına səbəb olurdu. Bu baxımdan cari ilin may ayında Mərkəzi Bankın valyuta ehtiyatlarının yüksəlməsi və iyun ayında bu tendensiyanın davam etməsi birmənalı şəkildə müsbət haldır. Özü də nəzərə almaq lazımdır ki, hazırda dünyada mənfi tendensiyalar, regional iqtisadi çətinliklər hələ də davam etməkdədir. Belə ki, qlobal miqyasda dolların avroya və digər valyutalara nisbətdə möhkəmlənməsi, həmçinin, bir sıra ölkələrdə iqtisadi böhran hələ də qalmaqdadır. Amma buna rəğmən, Mərkəzi Bank son iki ayda rezervlərini artırmaqla praktiki olaraq öz ehtiyatlarında sabitliyi bərpa etmək imkanına nail oldu”.
Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının artmasını şərtləndirən amillərə diqqət çəkən V.Bayramov “Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının artması dollara tələbatın azalması, eyni zamanda manata tələbatın artması ilə bağlıdır. İlin əvvəllərində məlum səbəblərdən ölkədə dollara tələbat artmışdı və vətəndaşların böyük qismi öz saxlanclarını dollara çevirməyə üstünlük verirdilər. Hazırda isə əks proseslər baş verir. Vətəndaşlar öz pullarını manatla saxlamağa üstünlük verirlər ki, nəticədə, dollar təklifinin yüksəlməsi və manata tələbatın artması prosesi baş verir. Bu da Mərkəzi Banka öz valyuta ehtiyatlarını artırmağa imkan verir. Eyni zamanda, Mərkəzi Bank rezervlərini artırmaq üçün daxili istiqrazlardan istifadə edir. Burada Mərkəzi Bank haqqında qanunvericiliyin dəyişməsinin əhəmiyyətini xüsusi qeyd etmək gərəkdir. Qanunvericiliyə edilən dəyişikliklər banka öz rezervlərini artırmaq üçün çevik siyasət həyata keçirmək imkanı qazandırıb. Şübhəsiz, birinci Avropa Oyunları da Mərkəzi Bankın valyuta ehtiyatlarının intervensiyasına müsbət təsir göstərən amillər sırasındadır. Oyunlarla əlaqədar ölkəmizə gələn turistlərin sayının çoxalması paralel surətdə valyuta bazarında dollar təklifinin yüksəlməsinə və manata tələbatın artmasına səbəb oldu. Bizim Oyunlar ərəfəsində apardığımız monitorinqlər valyutadəyişmə məntəqələrində xarici valyuta bolluğu olduğunu təsdiqlədi. Beləliklə, Oyunlar Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına müsbət təsir göstərdi” - deyib.
Mərkəzi Bankın valyuta ehtiyatlarının manatın məzənnəsinin sabitliyi üçün bir sığorta amili rolunu oynadığına diqqət çəkən V.Bayramov qeyd edib ki, valyuta ehtiyatlarının artması ölkəmizdə uzunmüddətli maliyyə stabilliyi dövrünün formalaşması üçün real iqtisadi baza yaradır. Manatın sabitliyi baxımından Mərkəzi Bankın öz rezervlərini artırması çax vacib şərtdir.
İqtisadi proqnozlara əsasən Mərkəzi Bankın bundan sonra da valyuta ehtiyatlarını artırmağa çalışacağına əminliyini ifadə edən V.Bayramov bizimlə söhbətində, həmçinin, ölkəmizdə maliyyə sabitliyinin pozulmasına müəyyən cəhdlər göstərildiyinə də diqqət çəkib. İqtisadçı ekspert təəssüflə vurğulayıb ki, bir sıra hallarda respublikanın geniş potensialının reallaşdırılmasına süni əngəllər də yaradılır. Məsələn, cari ilin əvvəlində manatın devalvasiyasından sonra ayrı-ayrı KİV-lərdə, demək olar ki, hər gün milli valyutanın kəskin dəyərdən düşəcəyi ilə bağlı heç bir iqtisadi araşdırmaya əsaslanmayan yazılar dərc olunur. Belə hallar insanlarda müəyyən çaşqınlıq yaradır. Çox təəssüf ki, manatın məzənnəsinin aşağı düşməsinə maraqlı olan qüvvələr də var. Vətəndaşlar belə spekulyativ məlumatlara qarşı diqqətli olmalıdırlar.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

