Ötən il Cəlilabad rayonunun həyatında əlamətdar hadisələrlə yadda qalıb
22.02.2014 [13:20]
Cəlilabad rayon İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilib
Cəlilabad rayon İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hesabat məruzəsi ilə çıxış edərək deyib ki, ötən il Cəlilabad rayonunun həyatında əlamətdar hadisələrlə yadda qalıb. Bunlardan ən mühümü Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 4-də Cəlilabada növbəti səfəri olub: “2003-cü ildən sonra altıncı dəfə rayona səfər edən dövlətimizin başçısı Ümummilli lider Heydər Əliyevin yeni abidəsinin qoyulduğu parkda yenidənqurma işləri ilə tanış olub, 120 çarpayılıq rayon mərkəzi xəstəxanasının, 120 yerlik uşaq bağçasının, 34 kilometrlik Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısı rayonda görülən işləri yüksək qiymətləndirərək demişdir: “Mən çox şadam ki, son illər ərzində Cəlilabad rayonu doğrudan da öz inkişaf dövrünü yaşayır. Rayon hərtərəfli inkişaf edir, bütün məsələlər öz həllini tapır. Deyə bilərəm ki, biz bütün müsbət meyilləri Cəlilabad rayonunda görürük”.
Bildirilib ki, hesabat ilində rayon iqtisadiyyatının bütün sahələrində inkişaf təmin olunub, makroiqtisadi göstəricilər daha da artıb, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilib.
Bu müddətdə Ulu öndərin möhtəşəm abidəsinin ucaldıldığı Heydər Parkı əsaslı şəkildə yenidən qurulub, 120 çarpayılıq mərkəzi xəstəxana, habelə, 120 yerlik uşaq bağçası, 640 şagird yerlik Cəlilabad şəhər 2 nömrəli, 480 şagird yerlik Sabirabad kənd 1 nömrəli, 180 şagird yerlik Soltankənd kənd, 80 şagird yerlik Zəhmətabad kənd, 360 şagird yerlik Həziabad kənd tam orta məktəblərinin tikintisi başa çatdırılıb. Cəlilabad şəhərində yeni Heydər Əliyev Mərkəzinin, Göytəpə şəhərində Ulu öndərin abidəsinin ucaldılacağı Heydər Əliyev Parkının, mədəniyyət evinin, 220 şagird yerlik Məmmədrzalı və 180 şagird yerlik Cəfərli kənd məktəblərinin, Muğan kəndində 2 min tonluq soyuducu kameranın tikintisi isə davam etdirilir. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına müvafiq olaraq Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılıb.
Rayonun 14 yaşayış məntəqəsini birləşdirən 17 kilometrlik Cəlilabad-Hamarqışlaq-Sadatlı, 21 yaşayış məntəqəsini birləşdirən 34 kilometrlik Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yollarına tam, 45 kilometrlik Cəlilabad-Yardımlı avtomobil yolunun 30 kilometrinə asfalt döşənib.
Hazırda 23 yaşayış məntəqəsini əhatə edən 21,2 kilometrlik Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi davam etdirilir.
O da qeyd olunub ki, il ərzində ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 2,9 dəfə, 2012-ci ilə nisbətən isə 26,4 faiz artıb. Rayon üzrə 5 milyon 219 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2003-cü ildəkindən 8,3 dəfə çoxdur. Bu dövrdə rayon əhalisinin 82 faizinin məşğul olduğu aqrar bölmənin inkişafına xüsusi diqqət yetirilib, bitkiçilik və heyvandarlıq sahələrində uğurlu nəticələr əldə edilib. Ötən il rayonda 139 milyon 519 min manatlıq məhsul istehsal olunub ki, bunun da 90 milyon 546 min manatı və ya 47 faizi bitkiçiliyin, 102 milyon 973 min manatı və ya 53 faizi heyvandarlığın payına düşür.
Hesabat dövründə 65 min 550 hektar taxıl sahəsindən 127 min 487 ton taxıl tədarük edilib.
Rayonda 82,8 min ton kartof, 9,3 min ton üzüm, 1,3 min ton tərəvəz, 1,4 min ton meyvə, 310 ton bostan və digər kənd təsərrüfatı məhsulları istehsal edilib.
Yığıncaqda çıxış edənlər 2013-cü ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan ətraflı söhbət açıblar.
Toplantıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Milli Məclisin deputatları Fəzail İbrahimli və Malik Həsənov iştirak ediblər. Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
NADİR
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

