Dayanıqlı İnkişaf
23.12.2025 [11:35]
Məqsədləri üzrə yeni sistem
Azərbaycan və BMT arasında “Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi”nin hazırlanması müzakirə edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşdə “2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi”nin icrası, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının monitorinqinin gücləndirilməsi məqsədilə “DİM üzrə Milli İzləmə Sistemi”nin hazırlanması, regionlar üzrə DİM-lərin lokallaşdırılması fəaliyyətlərinin davam etdirilməsi və digər əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
BMT ilə iqtisadi və sosial proqramlarda yaxın tərəfdaş olaraq iştirak edən Azərbaycan öz fəaliyyətində dayanıqlı inkişaf məqsədlərini hər zaman rəhbər tutaraq müasir qlobal inkişaf çağırışlarına töhfə verməyə çalışır. Bu çərçivəyə uyğun olaraq BMT-nin Davamlı İnkişaf Məqsədləri ailəsində yer alan və daim öz iqtisadi hədəflərini həmin prioritetlərin gerçəkləşməsinə fokuslayan ölkəmiz insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, bu istiqamətdə uğurlu sosial layihələrin icrasına nail olub.
Minilliyin İnkişaf Məqsədləri strategiyasında uğurlu nəticə
Azərbaycan BMT-nin də ali hədəf siyasətinə cavab verən Minilliyin İnkişaf Məqsədləri strategiyasına qoşularaq 2015-ci ildən indiyə qədər insan inkişafı ilə bağlı əlavə tədbirləri və keyfiyyətli həyat standartlarının tətbiqini icra edib. Nəticədə ölkəmizdə yoxsulluğun aradan qaldırılması və iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilən siyasət öz müsbət bəhrəsini verib. Təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacların ödənilməsi səviyyəsi yaxşılaşıb. Tərəqqi naminə gücləndirilmiş qlobal həmrəylik ruhunda, sosial baxımdan aztəminatlı təbəqənin ehtiyaclarına ayrıca diqqət yetirərək dayanıqlı inkişaf üçün qlobal tərəfdaşlığın yenidən canlandırılması və tələb olunan vasitələrin səfərbər edilməsi istiqamətində əlavə tədbirlər davam etdirilir.
Respublikamız iqtisadiyyatın milli inkişafını nəzərdə tutduğu hədəf göstəricilərinə tam çatmağa nail olub. Eyni zamanda, həmin konsepsiyada üzərinə götürdüyü digər bir mühüm prioritetə - 2020-ci ilədək Dünya Bankının (DB) adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr”arasında tamhüquqlu ölkə olması, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda yuxarı sıralara yüksəlməsi hədəfinə də çatıb.
DİM hesabatında yüksək göstərici
BMT-nin “Dayanıqlı İnkişaf 2022” hesabatında isə ölkəmiz 5 pillə irəliləyərək mümkün 100 baldan 73,5 toplayıb və Azərbaycan dünyanın 163 ölkəsi arasında “davamlı inkişaf məqsədləri (DİM) indeksi” üzrə 50-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə respublikamız Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cı yer) liderdir və dünya üzrə hər üç ölkədən ikisini geridə qoyur. Müqayisə üçün demək olar ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 71,6-dir ki, bu da Azərbaycanın göstəricisindən aşağıdır.
Hesabatda ölkəmiz yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, yoxsulluğa son, təmiz su və sanitariya, davamlı şəhərlər və icmalar, məsuliyyətli istehsal və istehlak, iqlim dəyişikliyinə qarşı mübarizə və torpaq ekosisteminin mühafizəsi məqsədləri üçün tərəfdaşlıq kimi Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişə nail olub. Hesabatda müəyyən edilmiş altməqsədlərə gəldikdə isə, qiymətləndirilən 83 məqsəddən 35-də irəliləyiş əldə edilib (qismən və ya nəzərəçarpacaq), 7-si üzrə isə DİM məqsədlərinə çatılıb.
Hər bir ölkənin fəaliyyəti digər ölkələrin DİM-lərə nail olmaq imkanlarına müsbət və ya mənfi təsir göstərə bilər. Bu təsirləri müəyyən etmək üçün hesabatda eyni zamanda “yayılma və ya təsir indeksi” də hesablanır ki, bu da üç istiqamət üzrə qiymətləndirilir: ekoloji və sosial təsirlərin beynəlxalq ticarətdə təcəssümü, iqtisadiyyat və maliyyə, təhlükəsizlik. Bu qiymətləndirmə üzrə Azərbaycanın göstəricisi 97,3 olub ki, bu da ölkəmizin digər ölkələrin DİM-lərə nail olmaları istiqamətində daha çox müsbət və daha az mənfi təsirlərə səbəb olduğunu göstərir.
Hazırda isə 17 məqsəd və 169 hədəfdən ibarət “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” strateji sənədinə əsasən, Azərbaycan digər yeni həyat keyfiyyətlərinin təmin edilməsini qarşıya məqsəd qoyub.
“Gündəlik-2030” - yeni hədəflərin yol xəritəsi
“Gündəlik-2030”dan irəli gələn vəzifələr dayanıqlı inkişaf üzrə yeni milli strategiyaların, proqramların və fəaliyyət planlarının hazırlanmasını, yüksək keyfiyyətli, aktual, etibarlı və daha müfəssəl məlumatların əldə olunması məqsədilə statistika potensialının gücləndirilməsini, milli şərait və prioritetlərə uyğun olaraq vətəndaş cəmiyyəti, dövlət və özəl sektor, habelə digər maraqlı tərəflərin cəlb edilməsi ilə dayanıqlı inkişaf sahəsində tərəqqinin əldə olunmasına tam imkan yaradır.
Azərbaycanın inkişaf siyasətinin əsas hissələrindən biri “yaşıl enerji”yə keçiddir və bu strateji çağırışa uyğun olaraq 2026-cı ilə kimi elektrik enerjisi istehsalı sahəsində bərpaolunan enerjinin payınım 24 faizə, 2030-cu ilə kimi 30 faizə çatdırılması nəzərdə tutulur. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə əsasən Azərbaycan istixana effekti yaradan qaz emissiyalarının həcmini 40 faiz azaltmağı qarşısına məqsəd qoyub. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiya zonasına çevirilməsi hədəflənib. BMT ilə bu sahədə etibarlı tərəfdaşlığın möhkəmlənməsi bu istiqamətdə mühüm nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

