“Etibarlı Tərəfdaş Konsepsiyası”
10.12.2025 [09:43]
Ticarətin asanlaşdırılması Azərbaycanın şəffaf gömrük və logistika mərkəzinə çevrilməsini təmin edəcək
Bu günlərdə Prezident İlham Əliyev “Etibarlı Tərəfdaş Konsepsiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, yeni Konsepsiya gömrük-biznes əməkdaşlığı çərçivəsində idarəetmənin təkmilləşdirilməsini, xarici iqtisadi fəaliyyətin beynəlxalq ticarət-təchizat zəncirinin yeni tələblərinə uyğunlaşdırılmasını və ticarətin asanlaşdırılmasını hədəfləyir. Konsepsiyanın məqsədi sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin və şəffaflığının artırılması, eləcə də iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsidir. Habelə, sahibkarlıq subyektlərinin maraqlarının qorunması, onların gəlir sahələrinin artırılması və ticarətin asanlaşdırılmasında geniş imkanların yaradılmasının təmin edilməsidir.
“Made in Azerbaijan” brendinin təşviqi genişlənəcək
Azərbaycan qlobal xarici ticarətin fəal təmsilçisi kimi tərəfdaş ölkələrlə ticari münasibətləri davamlı olaraq genişləndirir, öz ixrac potensialını artıraraq müxtəlif qitələrə mal göndəir. Xarici iqtisadi-ticari əlaqələrin inkişaf tələbatlarına uyğun olaraq sərhəd-keçid proseslərinin optimallaşdırılması, rəqəmsal keçid alətlərinin tətbiqi yolu ilə daha asan ticari infrastrukturlar qurulub. Ölkəmizdə həyata keçirilən kompleks islahatlar çərçivəsində daha çevik ixrac mexanizmləri formalaşdırılıb, “Made in Azerbaijan” brendinin beynəlxalq ticarət platformalarında təşviqi ticari landşaftı daha da zənginləşdirib, milli daşıyıcılarımızın qlobal statusa malik şirkətlər üçün müraciət subyektlərinə çevrilməsinə, biznes palatalarında daha fəal yer almalarına səbəb olub.
Bütün bunlara rəğmən, meydana çıxan yeni qlobal çağırışlar, dünya miqyasında gömrük-biznes əməkdaşlığında etibarlı tərəfdaşlıq modelinin formalaşdırılması xarici ticarət fəaliyyətində biznes subyektlərinə iqtisadi üstünlüklər qazandırmaqla yanaşı, ticarət-təchizat zəncirində gömrük əməliyyatlarının sadələşdirilməsinə və optimallaşdırılmasına da imkan yaradıb. Bu baxımdan gömrük xidmətlərinin modernləşdirilməsinə xidmət edən etibarlı tərəfdaşlıq modelinin tətbiqi labüdləşib.
“Yaşıl iqtisadiyyat”ın inkişafına xüsusi önəm verən Azərbaycan beynəlxalq ticarətdə rəqabətdən geri qalmamaq və logistika imkanlarını daha da artırmaq, eyni zamanda, ixracın təşviqi və yeni bazarlara çıxış qabiliyyətini genişləndirmək üçün yeni prioritet istiqamətlər müəyyənləşdirib və burada əsas xətlərdən biri gömrük-biznes əməkdaşlığını ən yüksək səviyyətə çatdırmaqdır. Qlobal trendlərə əsaslanan həmin prioritetlərin tələblərinə əsasən, gömrük-biznes münasibətlərində etimad qazanmış iqtisadi subyektlər üçün xarici ticarət sahəsində idarəetmənin optimallaşdırılması və səmərəliliyin yüksəldilməsi nəzərdə tutulur.
“Yaşıl dəhliz” sisteminin yeni modeli
Konsepsiya sənədinə əsasən, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun səlahiyyətli iqtisadi operator statusu ilə əhatələnməsi və səlahiyyətli iqtisadi operatorların dairəsinin genişləndirilməsi, gömrük anbarının və gömrük təmsilçiliyinin qlobal çağırışlara uyğunlaşdırılması, biznes subyektlərinin inkişafı üçün münbit şərait və etibarlı ticarət mühiti yaradılması nəzərdə tutulur. Həmçinin gömrük orqanları tərəfindən biznes subyektlərinə təqdim edilən sadələşdirmə mexanizmlərinin artırılması və müvafiq dövlət orqanlarının etibarlı tərəfdaş sisteminin qurulmasına aktiv cəlb edilməsi, “dövlət-sahibkar-istehlakçı” zəncirinin işləmə mexanizminin sadələşdirilmiş səviyyəyə çatdırılması hədəf kimi müəyyənləşib.
Ümumilikdə, “yaşıl texnologiyalar” infrastrukturunun qurulması sayəsində ticarət-təchizat zənciri boyu təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, təhlükəsiz və sadələşdirilmiş ticarətin təşviqi, gömrük-biznes dialoqunun qurulması mümkün olacaq ki, bu da həm yerli ticarət iştirakçılarının apardığı ticari əməliyyatların həcmini artıracaq, həm də Azərbaycanın regional trans-sərhəd ötürücüsü kimi logistik imkanlarını genişləndirəcək.
Ümumdünya Gömrük Təşkilatının hədəflərinə uyğun
Konsepsiya həm də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Azərbaycan qarşısında irəli sürdüyü tövsiyələrin icrası istiqamətində mükəmməl gömrük və ticarət idarəetməsinin yaradılmasını təmin edəcək. Belə ki, mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğun yeni normativ hüquqi aktların hazırlanmasına münbit şərait yaradacaq. ÜGT-nin müəyyən etdiyi strateji hədəflərə və standartlara uyğun biznes yönümlü islahatların həyata keçirilməsi, normativ hüquqi aktların dünya ticarət sistemində tətbiq edilən təcrübəyə uyğunlaşdırılması, nəticə olaraq yerli şirkətlərin və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına yeni imkanlar açacaq. Büdcə vəsaitinin formalaşması sahəsində fiskal intizamın təmin edilməsinə, vəsaitin düzgün bölüşdürülməsinə və xərclərin səmərəliliyinin artırılmasına zəmin yaranacaq, gömrük ödənişlərindən yayınma riskləri üzrə çevik qiymətləndirmə aparılacaq.
Beləliklə, “Etibarlı Tərəfdaş Konsepsiyası”nın tətbiqi Azərbaycanda ən qabaqcıl gömrük modelinin qurulmasını təmin edəcək və yeni modelin tətbiqi ölkəmizin iqtisadi inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02

