Güzəştli ipotekada yeni fürsət
30.07.2025 [11:56]
İpoteka və Kredit Zəmanət Fondunun kredit portfelinin artırılması vətəndaşların və biznesin maliyyə təminatını artıracaq
Məlum olduğu kimi, dövlət başçısının imzaladığı müvafiq fərmana əsasən, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Nizamnamə kapitalının artırılması güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsini təmin edən maliyyə portfelinin təxminən 8-9 faiz böyüməsinə səbəb olmaqla, Fondun imkanlarını daha da genişləndirir. Fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur və güzəştli şərtlərlə kreditlərin əldə edilməsi və əlçatanlıq artır, nəticədə daha çox vətəndaş güzəştli ipoteka kreditindən faydalana bilir.
3,5 milyard manatdan çox kreditləşmə
Son illərdə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması siyasəti yürüdülür və dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlər sosial ipoteka kreditlərinin əhatəliliyinin daha da artırılmasına xidmət edir. Xüsusən də güzəştli şərtlərlə kredit əldə edənlər üçün imkanlar artır ki, bu maliyyə təchizatı iqtisadi və sosial təyinatlı kreditlərinin portfelini genişləndirir. İpoteka kreditləri sosial məzmun daşımaqla vətəndaşların mənzil kreditləri əldə etməsini motivasiya edir və hər il bu sosial zəncirə qoşulanların sayı da çoxalır. Qeyd edək ki, indiyədək fond tərəfindən 54 min 918 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 560 milyon manatdan çoxdur. Kreditlərin təxminən 1 milyard manatı dövlət dəstəyinə ehtiyacı olan xüsusi kateqoriyaya aid şəxslərə verilmiş güzəştli ipoteka kreditləri təşkil edir. Həmin kateqoriya qrupunda son illərdə hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditinin maliyyələşdirilməsi dinamikası daha çox artır və onlara maliyyə dəstəyi göstərən müvəkkil bankların sayı da çoxalır. Ümumilikdə, ipoteka kreditlərindən faydalananların 68 faizi gənclər və gənc ailələrdir.
Kiçik və orta biznes üçün zəmanət subsidiyaları
İpoteka kreditlərinin digər mühüm prioriteti biznesin maliyyə təminatını yaxşılaşdırmaqdır. Belə ki, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemini formalaşdırılmaq və biznesin kredit resurslarına çıxışını genişləndirmək məqsədilə 2018-ci ildən etibarən yeni maliyyə zəmanəti mexanizmi yaradılıb. Həmin mexanizm çərçivəsində sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsində zəmanət hüquqları İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) həvalə edilib. Fond sahibkarlıq subyektlərinə dövlət tərəfindən zəmanət və subsidiyaların verilməsində tənzimləyici rol oynayaraq kreditlər üzrə hesablanmış faizlərin bir hissəsini subsidiyalaşdırır. Biznes üçün yeni maliyyə dəstəyi aləti hesab edilən bu mexanizmin tətbiqi sayəsində sahibkarlıq subyektlərinin daha inamlı və etibarlı şəkildə maliyyələşdirməsi təmin edilib.
2024-cü il oktyabrın 1-nə olan məlumata görə, indiyədək müvəkkil banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə 500 milyon manatdan artıq kredit verilib ki, bunun da 65 milyon 155 min manatı yanvar-sentyabr aylarını əhatə edir. Bu mexanizm çərçivəsində bugünədək zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, İKZF tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.
Fondun biznesə dəstəyi sayəsində 6500 yeni iş yeri yaradılacaq
Zəmanətli kreditlərin yönəldildiyi əsas sahə sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesidir. Digər əsas sahələr isə tikinti, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələr, maşın və avadanlıq istehsalı, ticarət və xidmət sektorlarıdır. Biznesə kredit zəmanətinin verilməsi sahibkarlığın maliyyələşdirilməsinə, ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin açılmasına, sahibkarlıq sahələrinin genişlənməsinə və dövlət büdcəsinə vergi daxilolmalarının artmasına səbəb olur. Zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6500 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Hazırda Fond 17 müvəkkil təşkilatı vasitəsilə sahibkarların manatla aldıqları kreditlər üzrə zəmanətlərin və kredit öhdəlikləri üzrə subsidiyaların verilməsini həyata keçirir.
Kredit çeşidlərinin artırılması
Ümumilikdə, biznesin maliyyə əlçatanlığının təmin edilməsi məqsədilə dövlətin güzəşt siyasətinin əsas məqsədi qeyri-neft sənaye sahələrinin inkişafı, kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsal yönümlü və logistik xidmət layihələrinin dəstəklənməsi, anbar komplekslərinin qurulması, turizmin inkişafında dövlətin dəstəkləyici rolunun artırılması, balıqçılıq və akvakultura təsərrüfatlarının yaradılması, “yaşıl”, rəqəmsal inkişaf və innovasiya yönümlü sahələrə maliyyə qayğısının göstərilməsindən ibarətdir.
Ölkədə formalaşmış kredit zəmanət mexanizminin təhlili göstərir ki, mexanizm kiçik və orta biznes sahəsində maliyyələşdirilməni asanlaşdırır, bank və digər kredit resurslarından fəal istifadə etməyə imkan yaradır və kredit risklərinin azaldılmasına səbəb olur.
Bu baxımdan Fondla sahibkarlar arasında maliyyə vasitəçiliyinin daha da yaxşılaşdırılması üçün yeni inkişaf konsepsiyası hazırlanıb. Qarşıdakı strateji dövr ərzində kredit mexanizminin həm kəmiyyət, həm də keyfiyyət baxımından yaxşılaşdırılması, resurs əhatəliliyinin və təqdim edilən kredit çeşidlərinin artırılması hədəf kimi müəyyən edilib.
Beləliklə, Kredit Zəmanət Fondunun kredit portfelinin artırılması həm ipoteka kreditləri almaq istəyən vətəndaşlar üçün əlavə maliyyə resuslarının formalaşmasına, eyni zamanda, kiçik və orta biznesin dayanıqlı maliyyə ehtiyaclarının təmin edilməsinə səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55

