Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi
13.06.2025 [09:20]
Mərkəzi Bankın (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 faiz, eyni zamanda, müvafiq olaraq, faiz dəhlizinin aşağı həddi 6,25, yuxarı həddi isə 8,25 faiz səviyyəsində dəyişməz saxlanılıb. Yəni MB 40 gün əvvəl açıqladığı sonuncu qərarından sonra uçot siyasətində yenə də dəyişiklik etməyib. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2 faiz) olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
Uçot dərəcəsi ilə bağlı qərar faktiki inflyasiyanın proqnoz inflyasiya trayektoriyasına uyğunluğu, proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslərin mümkün təsirləri, daxili makroiqtisadi vəziyyət, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib. MB bildirir ki, illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. 2025-ci ilin aprelində 12 aylıq inflyasiya 6,3 faiz, aylıq inflyasiya isə 0,3 faiz təşkil edib. İllik qiymət artımı ərzaq malları və xidmətlər üzrə 7,6 faiz, qeyri-ərzaq malları üzrə isə 2,7 faiz təşkil edib. İllik baza inflyasiya isə 4,8 faiz olub.
Xarici sektor göstəriciləri əlverişlidir
Mərkəzi Bankın açıqlamasından aydın olur ki, ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Potensial inflyasiya təzyiqləri yarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik və ticarət müharibələri fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi aiddir.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin mayında əmtəə qiymətləri indeksi aylıq 1 faiz, illik isə 4,6 faiz azalıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin aprelində ötən ilin eyni ayına nəzərən 9,6 faiz olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2025-ci ilin may ayında ötən ilin eyni ayı ilə müqayisədə sabit qalıb. Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin 4 ayında da xarici ticarət balansında müsbət saldo qeydə alınıb. 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı proqnozu dəyişməz qalır.
Yüksək qlobal qeyri-müəyyənlik, xüsusən də bəzi ölkələrdə milli valyutaların məzənnələrindəki dəyişikliklərin və tarif artımlarının inflyasiya proseslərinə təsirlərinin qiymətləndirilməsi üçün faiz dəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsi zərurəti yaranır. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin qiymət sabitliyinə mümkün təsirləri daim izlənilir.
Beynəlxalq institutlar nə deyir?
İnflyasiya ilə bağlı beynəlxalq institutların gözləntiləri də sabit dəhliz çərçivəsinin qorunub saxlanılacağından xəbər verir. “S&P Global” (S&P) beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 4 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Təşkilatın dünya ölkələrində qiymət indeksi ilə bağlı yeni hesabat sənədində qlobal inflyasiya göstəricisinin cüzi artacağına dair ehtimallar əksini tapıb. “S&P”nin proqnozlarına görə, ölkəmizdə inflyasiya cari ilin sonunda azalmağa doğru istiqamətlənəcək, 2026-cı ildə isə bu rəqəm 3 faizə düşəcək.
Digər beynəlxalq maliyyə institutlarının gözləntiləri də təxminən eynidir. Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanla bağlı inflyasiya gözləntiləri cari il üzrə 3,6 faiz, 2026-cı il üzrə isə 3,1 faizə bərabərdir. Niderlandın “ING Group”unun apardığı qiymətləndirmədə isə ölkəmizdə istehlak qiymətlərinin 2025-ci ildə 4,8 faiz, 2026-cı ildə isə 4,7 faiz olacağına dair ehtimallar yer alıb.
İqtisadiyyat Nazirliyinin proqnozlarında isə ölkəmizdə illik inflyasiyanı 2025-ci ildə 4,6 faiz, 2026-cı ildə 4 faiz səviyyəsində olacağı fərz edilir.
Anti-inflyasiya tədbirləri diqqətdə saxlanılacaq
Mövcud pul siyasəti inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Bütün bu sabit gözləntilərə baxmayaraq, inflyasiya ilə mübarizə tədbirləri prioritet faktor kimi diqqətdə saxlanılacaq və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar bu prosesə cəlb ediləcək.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq. Mərkəzi Bank öz mandatına uyğun olaraq qarşıdakı aylarda da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. Faktiki və proqnozlaşdırılan inflyasiyanın azalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, MB inflyasiya risklərinin reallaşması halında adekvat reaksiya verəcək. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat aprel ayının 23-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21

