Qeyri-neft gəlirləri riskləri aradan qaldırır
25.02.2025 [11:14]
“Fitch Solutions”un Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozları ümidvericidir
Dünyanın nüfuzlu institutlarından olan “Fitch Solutions” qlobal iqtisadiyatla bağlı açıqladığı yeni hesabatda Azərbaycan üzrə iqtisadi artım proqnozunu dəyişməz saxlayıb. Təşkilatın ehtimallarına əsasən, 2025-ci ildə ölkəmizdə iqtisadi artım tempi 2,6 faiz, 2026-cı ildə isə 3,2 faiz səviyyəsində olacaq.
2027-ci ildə isə ölkəmizdə real ümumi daxili məhsul (ÜDM) üzrə proqnoz 3,1 faizdən 3,2 faizə qaldırılıb. “Fitch Solutions”in qlobal bazar üzrə analitiklərinin qənaətinə görə, Azərbaycanda ÜDM-in təxminən 50 faizini neft sektoru təşkil etsə də, son illərdə qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu amil ölkə iqtisadiyyatı üçün riskləri aradan qaldırır.
Dövlət-özəl sərmayələri ümumi iqtisadi artımı böyüdür
“Fitch Solutions” ailəsinə daxil olan “Fitch Ratings”in baş direktoru Erik Arispe bildirib ki, Azərbaycanda neft sektorunda son illərdə azalmanın müşahidə edilməsi bu sektordan daxil olan gəlirləri də kiçildir, qlobal bazarlarda gözlənilən situasiyalar qarşıdakı dövrdə neft satışı üzrə fiskal yığımları bir qədər də azalda bilər. Ancaq buna baxmayaraq, Azərbaycanın qaz hasilatında son illərdə əhəmiyyətli artımlar müşahidə olunur ki, bu, 2025-ci ildə və növbəti illərdə də davam edəcək. Nəticədə hasilatın yüksəlməsi neft gəlirlərinin azalan həcmlərini kompensasiya edəcək.
E. Arispe bildirib ki, Azərbaycan iqtisadiyyatında nəzərə çarpan yeni dinamika əsas etibarilə iqtisadiyyatın şaxələndirilməsi və müasir sənayeləşməyə əsaslanır. Son illərdə dövlətin maliyyəsi ilə yanaşı, özəl sektorun və xarici sərmayədarların dayanıqlı maliyyə qoyuluşları hesabına ümumi iqtisadi artım böyüməkdədir.
Digər iqtisadi qurumun - “Moody’s Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri isə hesab edirlər ki, Azərbaycan iqtisadiyyatı ümümdünya göstəricisindən (2,5-3 faiz) daha yuxarı templə böyüyür. 2024-cü ildə Azərbaycanda ÜDM-nin 4,1 faiz artması da bunu təsdiqləyir. Dinamika sabit qalacaq və 2025-ci ilin sonunda təxminən 4 faiz artım gözlənilir.
Valyuta Fondu daha nikbin proqnozlar irəli sürüb
Niderlandın “ING” təşkilatının bir müddət əvvəl açıqladığı qlobal hesabatda isə ölkəmizdə ÜDM-nin 3-3,5 faiz nisbətində olacağı əksini tapıb. Asiya İnkişaf Bankının ötən ilin sonlarında açıqladığı “Asian Development Outlook” icmalında isə Azərbaycanda ÜDM-in cari il üzrə illik artım proqnozu 4-4,2 faiz intervalında qərarlaşdırılıb.
Beynəlxalq Valyuta Fondunun “World Economic Outlook” hesabatında Azərbaycanda 2025-ci ildə iqtisadi artımın 4 faiz təşkil edəcəyi ehtimal olunur. Fondun, həmçinin ötən il dərc etdiyi “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı yeni hesabatında 2025-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 3,5-4 faiz olacağı fərz edilir.
Dünya Bankının (DB) qlobal iqtisadiyyatla bağlı yenilənmiş proqnoz-xülasəsində vurğulanır ki, böyük həcmdə dövlət investisiyaları sayəsində hazırda əlavə dəyərin həcmi davamlı şəkildə böyüyür. Bu faktorun 2025-ci ildə ÜDM-in 3,9 faizi ötməsində əsaslı rol oyanayacağı vurğulanır.
Hökumətin Ortamüddətli dövr üzrə proqnozları
Azərbaycan hökumətinin makroiqtisadi proqnozları da yuxarıda adları çəkilən təşkilatların əksəriyyətinin gözləntilərinə uyğundur. Belə ki, İqtisadiyyat Nazirliyinin 2025-ci il üzrə artım proqnozu 3,5 faiz, Mərkəzi Bankın ehtimalları isə 3,3 faiz nisbətində müəyyənləşib. Hökumətin açıqladığı Ortamüddətli Xərclər Çərçivəsi sənədinə əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-nin həcmi 92,2 milyard manat təşkil edəcək. Milli məhsulda neft sektorunun payı 28,6 faiz, qeyri-neft-qaz ÜDM-nin payı isə 71,4 faiz ehtimal edilir. 2026-cı ildə ÜDM-in həcmi 133,8 milyard manata, qeyri-neft ÜDM-nin həcmi isə 100 milyard manata çatacaq. 2027-ci ildə ÜDM 142,9 milyard manat, o cümlədən qeyri-neft sektoru üzrə əlavə dəyərin həcmi 108,3 milyard manata bərabər olacaq. 2028-ci ildə isə ÜDM-in cəmi dəyəri 150,8 milyard manata çatacaq ki, onun 117,2 milyard manatının və ya 77,7 faizinin qeyri-neft ÜDM-i olacağı fərz edilir. Beləliklə, ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,35 faiz, qeyri-neft-qaz ÜDM-nin artım tempinin isə 5 faiz olacağı proqnozlaşdırılır.
Ölkədə iqtisadi inkişafın sosial sahələrə də təsirləri əhəmiyyətli dərəcədə nüfuz edəcəyi gözlənilir. Belə ki, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir. Orta aylıq əməkhaqqının nominal həcmi 2025-ci ildə 1080 manat, 2026-cı ildə 1156 manat, 2027-ci ildə 1237 manat, 2028-ci ildə isə 1327 manat təşkil edəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

