Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Naxçıvanda istehlakçılara 2,4 milyon manat ƏDV məbləği geri qaytarılıb

Naxçıvanda istehlakçılara 2,4 milyon manat ƏDV məbləği geri qaytarılıb

20.02.2025 [20:12]

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2025-ci ilin yanvar ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 32,4 milyon manat təşkil edib. Bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 13,3 faiz çoxdur.

Naxçıvanda ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir. İndiyədək muxtar respublikada “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 11,9 faiz artaraq 145,9 min manat olub.

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30