Vahid informasiya məkanı
15.01.2025 [10:41]
“Milli Məkan Məlumatları” informasiya sistemi iqtisadiyyatın və idarəetmənin səmərəliliyini artıracaq
Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, ölkəmizdə “Milli Məkan Məlumatları” informasiya sistemi yaradılıb. Dövlət başçısının tapşırığına əsasən, İqtisadiyyat və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birlikdə “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, “Milli Məkan Məlumatları” informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin edəcək. Eyni zamanda, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat sistemi infrastrukturunu dövlət informasiya ehtiyatları sistemlərinə inteqrasiyası ilə bağlı zəruri addımlar atacaq.
Dövlət qurumları, publik hüquqi şəxslər və bələdiyyələrin informasiya bloku
“Milli Məkan Məlumatları” informasiya sistemi rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin, habelə dövlət adından yaradılan publik hüquqi şəxslərin, eləcə də büdcə təşkilatları bələdiyyələrin fəaliyyətini vahid informasiya blokunda birləşdirəcək. Məqsəd bütün bu qurumların fəaliyyəti ilə bağlı zəruri məlumatların bir mərkəzdə toplanması və emalının təmin edilməsi, bu yolla həmin təşkilatların gördüyü işlər barədə operativ və detallı informasiyaları cəmiyyətə təqdim etməkdir. Sistemin formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Nəticədə bu müasir informasiya siyasətinin təşkili sayəsində dövlət təşkilatlarının fəaliyyətinin səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin əlçatanlığını təmin edəcək.
Məlumatlar Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunacaq
Milli Məkan Məlumatları sisteminin yaradılması, eyni zamanda, məlumatların emalı və saxlanmasında təkrarçılığın aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşımaqla, dövlət büdcəsindən bu sahəyə ayrılan pul vəsaitlərinin qənatəinə də imkan verəcək, həmçinin vəsaitlərin səmərəli idarə edilməsinə səbəb olacaq.
Milli məkan məlumatları üzrə xidmətlərin real vaxt rejimində, keyfiyyətli və operativ göstərilməsi üçün bütün zəruri rəqəmsal infrastrukturlar qurulacaq. Sistemin texniki-texnoloji infrastrukturu proqram təminatı, informasiya ehtiyatı və onun idarəetmə panelinə, telekommunikasiya qurğuları və kanallarına, ehtiyat nüsxələrə söykənəcək. Proqram təminatı və digər texniki vasitələr vətəndaş və biznes yönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurulacaq. Sistemin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları İqtisadiyyat Nazirliyinin struktur bölmələri tərəfindən formalaşdırılacaq.
Müvafiq təşkilatlar öz informasiyalarını sistemə Elektron Hökumət İnformasiya Sistemi üzərindən mübadilə etməklə həyata keçirəcək. Məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə sistemin informasiya nüsxələri “Hökumət buludu”nda saxlanılacaq. Müvafiq qurumların sistemə daxil olması üçün rəqəmsal imza, o cümlədən elektron imza tələb olunur, bütün məlumatlar həmin rəqəmsal imzalarla rəsmiləşdiriləcək.
Azad ərazilərdə torpaq islahatlarının aparılması üçün dolğun məlumat bazası
Milli məkan infrastrukturunun qurulmasından sonra dövlət və digər qurumların məlumatlarının Elektron Hökumət İnformasiya Sistemində inteqrasiyası sürətlənəcək. Milli məkan informasiya infrastrukturu dövlət qurumları, publik hüquqi şəxslər, dövlətə aid səhmdar cəmiyyətlərin idarəetməsində düzgün qərarların qəbul edilməsini, qurumlar arasındakı qarşılıqlı əlaqənin səmərəliliyini, onların fəaliyyətləri barədə məlumat açıqlığını və operativ informasiya mübadilələrini təmin etməklə vətəndaşların bütün məlumatları əldə etmələrinə imkan yaradacaq. Yeri gəlmişkən, bu sistem azad olunmuş ərazilərdə torpaq, xəritəçəkmə, geodeziya işləri barədə, o cümlədən torpaq islahatlarının aparılması üçün zəruri məlumatların toplanması və vahid məkana inteqrasiya edilməsində də əhəmiyyətli baza olacaq. Çünki geoməkan məlumatları iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, kənd təsərrüfatı, torpaq idarəçiliyi sahəsində idarəetmə qərarlarının dəstəklənməsi üçün formalaşan informasiya mühitinin əsasını təşkil edir. Bu baxımdan azad ərazilərin geoməkanı və resursları haqqında daha dolğun və səhidi informasiyaların cəmlənməsi iqtisadi fəaliyyət, eləcə də biznesin perspektiv investisiya planları üçün bir sıra məlumatlar ələd edərək qərarlar qəbul etməsinə kömək edəcək.
Beləliklə, müasir çağırışlar fonunda formalaşan milli məkan məlumat arxitekturası ölkədə iqtisadiyyatın və idarəetmənin səmərəliliyinə müsbət təsir göstərəcək, eyni zamanda, dövlət və biznes qurumları arasında operativ və şəffaf qarşılıqlı əlaqəni nizamlayacaq. Bu sistem bələdiyyə idarəçiliyin keyfiyyətinin artırılması, biznes mühitinin dayanıqlı inkişafında da mühüm rol oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

