Biznes üçün yeni imkanlar
25.12.2024 [09:47]
ESG prinsipləri biznes fəaliyyətinin optimallaşmasına, xərclərin azalmasına və ixrac potensialının yüksəlməsinə xidmət edir
Dekabrın 23-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının (ESG) əsas istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilib. Tədbirdə “Rəqabətli insan kapitalı” Milli Prioritetindən irəli gələn ESG prinsiplərinin tətbiqi üzrə çərçivənin hazırlanması istiqamətində görülən işlərdən bəhs edilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ESG prinsiplərinin biznes sektorunun fəaliyyətinə mühüm təsirlərindən danışaraq qeyd edib ki, yeni idarəetmə prinsipləri biznes proseslərinin optimallaşmasına, istehsal xərclərinin azaldılmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə, ixrac potensialının artırılmasına və xüsusilə, xarici investisiyaların cəlb edilməsinə imkan verəcək.
ESG üzrə Vahid Platforma istifadəyə verilib
Qeyd edək ki, Azərbaycanın milli iqlim strategiyasında təmiz ətraf mühit və “yaşıl iqtisadiyyata” keçid üzrə əsas istiqamətlərdən biri biznes sektorunda ESG standartlarının tətbiqidir. ESG prinsiplərini daha da təşviq etmək məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər Komissiyasının nəzdində ESG alt qrupu yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi altqrupun tərkibinə dövlət, özəl və ictimai sektoru təmsil edən 20-yə yaxın qurum və təşkilatın nümayəndələri daxildir.
ESG sahəsində ortamüddətli dövr üçün Strateji Baxış sənədi və yol xəritələri təsdiqlənib. Yol xəritəsinin icrası çərçivəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və hərtərəfli sorğuların keçirilməsi də daxil olmaqla Azərbaycanda mövcud ESG mühitinin dərin təhlili aparılıb. KOBİA-nın təşəbbüsü ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tövsiyələrinə əsasən hazırlanmış ESG prinsiplərinin tətbiqi üzrə çərçivə təsdiq edilib. COP29 sammiti ərəfəsində ESG üzrə Vahid Platforma istifadəyə verilib və bu addım Azərbaycanın ətraf mühit çağırışlarına böyük önəm verən, məsuliyyətli və nümunəvi ölkə olmasını bir daha təsdiqləyir.
Sahibkarların “yaşıl iqtisadiyyat”a transformasiyası sürətlənəcək
ESG prinsipinin qəbul edilməsi “yaşıl inkişaf” siyasətinin əsas istiqamətlərindən biri kimi müxtəlif sektorlarda çalışan təsərrüfat subyektlərinin, xüsusilə də biznesin fəaliyyətinə əlavə dəstək verməklə potensiallarını artıracaq. Bu standartın tətbiqi dövlət və özəl sektorda dayanıqlı inkişafı dəstəkləməklə yanaşı, müştəri məmnuniyyətini artırmaq baxımından da müsbət əhəmiyyət kəsb edir.
ESG prinsiplərinin tətbiqi həm də “yaşıl iqtisadiyyat”a transformasiya prosesinə keçid üçün nəzərdə tutulan hədəflərdən biridir. Ələlxüsus da ESG biznesin ətraf mühitə və cəmiyyətə təsirini, şəffaf və etibarlı fəaliyyət göstəricisini müəyyən edən meyar kimi xüsusi əhəmiyyət kəsb edir. Eləcə də bizneslərin rəqabət qabiliyyətinin artırılmasına, kənar investisiyaların cəlb edilməsinə, xüsusilə xarici bazarlara çıxışına da əhəmiyyətli təsir göstərir. Belə ki, ESG-nin vacib komponentlərindən olan ətraf mühit kompenentini diqqətdə saxlayan biznes subyektləri səmərəli və qənaətli texnologiyaları, “yaşıl innovasiyalar”ı biznes proseslərinə inteqrasiya edir ki, bu sahibkarların xərclərinin optimallaşdırılmasına, məhsuldarlığının yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına töhfə verir.
İnvestorlar üçün sosial məsuliyyət
ESG meyarları həm də əmək münasibətlərinin şəffaflaşmasında və sosial hüquqların qorunmasında da mühüm rol oynayır. Belə ki, yeni standartlar biznes qarşısında qazancının bir hissəsinin sosial təşəbbüslərə və tədbirlərə yönəltmək, iş yerində işçilərin sağlamlığını və təhlükəsizliyini qorumaq kimi öhədəliklər də qoyur.
ESG tələblərinin yerinə yetirilməsi biznes sektoru üçün riskləri daha yaxşı idarə etməyə də imkan verir. ESG amilləri hazırda institusional investorlar tərəfindən aktiv seçim prosesinin bir hissəsi kimi nəzərdən keçirilir. İnvestorlar sərmayə ilə bağlı qərarlar qəbul etməzdən və investisiya planlaşdırmasından əvvəl ESG prinsipləri ilə bağlı lazımi araşdırmalar aparır, həmin prinsipləri tətbiq edən şirkətlərə daha çox üstünlük verir. Bu baxımdan yeni standarlar ölkəmizin milli biznes icması üçün istiqamətləndirici rol oynayacaq.
Beləliklə, Azərbaycan hökumətinin ekoloji, sosial və korporativ idarəetmə standartını qəbul etməsi “yaşıl hədəflərə” doğru aparılan tədbirlərin mühüm bir hissəsi kimi ətraf mühüit prinsiplərinin tətbiqinin genişləndirilməsinə töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07

