Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Nazir: Türkiyə və Azərbaycan Zəngəzur yolu istiqamətində ayrı bir marşrut qurmaq üzərində işləyir

Nazir: Türkiyə və Azərbaycan Zəngəzur yolu istiqamətində ayrı bir marşrut qurmaq üzərində işləyir

20.11.2024 [17:46]

Zəngəzur yolu bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan Orta Dəhliz üzərindən həyata keçirilən yükdaşımalarda Zəngəzur yolu istiqamətində ayrı bir marşrut qurmaq üzərində işləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu COP29-da “Dayanıqlı rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin iştirakı ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Nazir bildirib ki, Türkiyə nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir, qitələrarası dəhlizlərdən istifadədə vacib rol oynayır.

“Buna görə biz böyük investisiyaların yatırılmasını planlaşdırırıq, əməkdaşlığımızı genişləndiririk. Dəhlizlərin bir-biri ilə əlaqəsini təmin edərkən onların üzərində yerləşən marşrutların sayını artırırıq. Bu istiqamətdə Orta Dəhliz barədə danışanda Zəngəzur yolunu xüsusi vurğulamaq istəyirəm. Gələcəkdə bu yol üzərindən daha bir marşrut yaratmaq istiqamətində aktiv işlər gedir”, - deyə nazir qeyd edib.

Paylaş:
Baxılıb: 687 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30