Süni zəka “yaşıl hədəflər”in sütununa çevrilir
19.11.2024 [08:49]
COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə “Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” mövzusunda keçirilən panel müzakirələrdə süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı rol və texnoloji proqnozlaşdırmanın iqtisadiyyatların dayanıqlılığına təsiri müzakirə olunub.
Qeyd edək ki, COP29 çərçivəsində “Azərkosmos”un təşkilatçılığı ilə “Kosmosdan Yerə qədər: Dəyişən iqlim şəraitində Data əsasında qərarların qəbul edilməsi” mövzusunda keçirilən sessiyada da dayanıqlı inkişafa və iqlim xidmətlərinə əlçatanlığın təmin olunmasında süni zəkanının əhəmiyyətinə toxunulub. Süni texnologiyalar vasitəsilə aparılan meteoroloji missiyalar atmosferdəki istixana qazlarının səviyyəsinin daim izləməyə və iqlim dəyişikliyi ilə bağlı strategiyaların hazırlanmasına kömək edir ki, qlobal alyans bu innovativ informasiya metodlarından daha çox istifadə etməyi düşünür. Azərbaycan hökuməti də bu çağırışlara qoşularaq “Big Data”, “Data Analytics”, “Machine Learning”, “Deep Learning” və süni intellekt texnologiyalarına əsaslanan intellektual sistemlərin gücləndirilməsində fəal yer almaq niyyətindədir.
SOCAR-ın “Xalis sıfır” emissiyası süni zəkaya əsaslanır
Süni intellekt təmiz enerjiyə keçiddə də mühüm yer tutur. Bu innovasiya və texnologiyaların köməyilə karbohidrogenlərin istehsalı və emalında ən yaxşı nəticəyə nail olmaq mümkündür. Ölkəmizin milli neft təchizatçısı - SOCAR-ın 2050-ci il üçün “Xalis sıfır” hədəfləri də süni zəka infrastrukturuna fokuslanıb. Hazırda karbon emissiyaları sahələrinin dəqiq aşkarlanması və idarə olunmasında peyklər və dronlar da daxil olmaqla digər süni texnologiyalara geniş yer verilməkdədir. Həmçinin bu texnologiyalardan istifadə yolu ilə metan emissiyalarının izlənməsi və azaldılması nəzərdə tutulur. Yeri gəlmişkən, COP29 çərçivəsində SOCAR ilə “Esyasoft” Holdinq və “Presight” şirkətinin birgə müəssisəsi olan “IntelliGrid” arasında Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqinə dair Saziş imzalanıb ki, sənəd süni intellekt imkanlarından istifadə ilə optimallaşdırmanı nəzərdə tutur.
Bu tipli layihələrin digər enerji bölmələrində də tətbiqi planlaşdırılır, xüsusilə də “yaşıl enerji” strategiyasının əsas texnoloji sütunları birbaşa süni zəkaya əsaslanır. Hazırda bərpaolunan enerji sektorunda geniş tətbiq edilən “ağıllı texnologiyalar” da məhz süni zəka məhsullarıdır Ölkəmiz “yaşıl enerji” quruculuğunda qabaqcıl dünya şirkətləri ilə bu istiqamətdə yeni layihələrin icrası ilə bağlı sazişlər də imzalayıb ki, bu, təmiz enerji sahəsində qısa müddətdə böyük nəticələr əldə etməyə imkan verəcək.
Yeni Nəsil İqtisadiyyat Strategiyası və süni zəka
Rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi ölkəmizdə prioritet məsələlərdən biri kimi müəyyən edilib və iqtisadi artımı dəstəkləmək, sektorların rəqabət qabiliyyətini artırmaq, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq və dövlət xidmətlərinin fəaliyyətini təkmilləşdirmək məqsədilə rəqəmsal texnologiyalardan istifadəyə geniş yer verilməkdədir. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda yeni nəsil iqtisadiyyat qurucluğunun əsas atributlarından biri də süni intellektin inkişafıdır. Bu məqsədlərə çatmaq üçün ölkəmizin Yeni Nəsil İqtisadiyyat Strategiyasının hazırlanması işləri aparılmaqdadır.
Ancaq bütün bunlar paralel şəkildə insanların məşğulluğu ilə bağlı problemləri də həll etməyi aktuallaşdırır. Süni intellektə keçid sosial və məşğulluq orqanları qarşısında mühüm vəzifə və öhdəliklər qoyur. Dünya Bankının (DB) hesabatına əsasən, süni intellekt qarşıdakı beş il ərzində dünyada iş yerlərinin təxminən 25 faizini dəyişdirəcək, əmək bazarında pozulmalara səbəb olacaq. Xüsusilə də gələcəkdə vakansiyaları yenilənməsinə “rəqəmləşdirmə, təmiz enerjiyə keçid və təchizat zəncirlərinin yenidən bölüşdürülməsi” təsir edəcək. Tikinti, əkinçilik, balıqçılıq və meşəçilik kimi aşağı və orta ixtisaslı işləri əsas risk sahələri ola bilər. Ancaq bu rəqəmsal imkanlar “yaşıl və rəqəmsal iqtisadiyyat” quruculuğuna uyğun yeni çoxsaylı kadr ordusuna da ehtiyacı artıracaq. Belə ki, süni intellektin tətbiqinin genişlənməsi informasiya texnologiyaları, rəqəmsal mühəndsilik, kibertəhlükəsizlik, taksonomiya, yaşıl bankçılıq, alternativ enerji və digər sektorlarda minlərlə iş yerləri üçün qapı açacaq, davamlı idarəetmə texnologiyaları sahəsində mütəxəssislərə tələbat artacaq. DB-nin proqnozlarına görə, yeni iş yerləri ekoloji cəhətdən təmiz texnologiyalara keçidə investisiyalar, eləcə də qlobal təchizat zəncirlərinin yeni transformasiya hesabına dayanıqlı və yüksək gəlirli məşğulluq sahələri yaradacaq.
Məşğulluğu qorumaq naminə
Qeyd edilən çağırışları nəzərə alaraq Azərbaycanda həm əməktutumlu sahələrin rəqəmsallaşdırılmasına uyğun yeni kadr institutlaşması, həm də İT sahəsi üzrə peşə hazırlığının artırılması istiqamətində davamlı layihələrin icrasına başlanılıb. Bir neçə nazirlik və elmi-tədqiqat institutları əmək bazarında gözlənilən əsaslı dəyişikliklərə uyğun peşəyönümlü xidmətlər infrastrukturu qurmaqdadır. Perspektivli peşələr və əmək bazarında tələb olunan bacarıqlar üzrə yeni imkanlar qiymətləndirilir, təhsil və tədris resursları süni intellekt əsasında işləyən platformalara əsaslandırılır. Həmçinin data analitik və data elmi mütəxəssisləri, blokçeyn proqramçıları və robototexnika mühəndisləri üzrə elmi-tədris-təlim imkanlarına dövlət daha çox sərmayə qoymaqdadır. Eləcə də Dövlət Məşğulluq Agentliyi “Peşə öyrən, işsiz qalma!” devizi altında həyata keçirdiyi “Peşəkar” layihəsi çərçivəsində informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə peşə hazırlığı kurslarının sayını genişləndirib.
ELBRUS
Xəbər lenti
Hamısına baxGündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08

