Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İtaliya saytları “Ansaldo Energia” ilə Azərbaycan qurumlarının əməkdaşlığından yazıb

İtaliya saytları “Ansaldo Energia” ilə Azərbaycan qurumlarının əməkdaşlığından yazıb

16.11.2024 [19:58]

İtaliya mediası bu ölkənin “Ansaldo Energia” şirkəti ilə “AzərEnerji” ASC arasındakı yeni əməkdaşlıqdan yazıb.

AZƏRTAC xəbər verir ki, “La Repubblica”, “il Sole 24 ore”, “La Stampa”, “il Secolo XIX” kimi saytların yaydığı materiallarda Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Ansaldo Energia” ilə “AzərEnerji” arasında anlaşma memorandumunun imzalandığı bildirilir.

Diqqətə çatdırılır ki, sənəd dekarbonizasiya, kadr hazırlığı, karbon tutma, yaşıl hidrogen, kiçik modul reaktorları və başqa istiqamətləri əməkdaşlığı əhatə edir. Hər iki şirkət elektrik enerjisinin istehsal sistemləri, yaşıl hidrogen istehsalına dair təcrübə mübadiləsi aparacaq, yaşıl enerji keçidinə töhfə verəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın Energetika Nazirliyi və “AzərEnerji” ASC ilə “Ansaldo Energia” şirkəti arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb. “Ansaldo Energia” hazırda Mingəçevirdə Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirak edir.

Paylaş:
Baxılıb: 687 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30