Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Bakı-Tbilisi-Ceyhan” vasitəsilə dünya bazarına 4,4 milyard barel neft nəql edilib

“Bakı-Tbilisi-Ceyhan” vasitəsilə dünya bazarına 4,4 milyard barel neft nəql edilib

05.11.2024 [11:55]

Cari ilin ilk üç rübü ərzində “Bakı-Tbilisi-Ceyhan” (BTC) üzrə əməliyyat xərclərinə təxminən 104 milyon dollar, əsaslı xərclərə isə 28 milyon dollar vəsait xərclənib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 20,9 və 12 faiz artım deməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə bp-nin 2024-cü ilin üçüncü rübünün yekun hesabatında qeyd edilib.

2006-cı ilin iyun ayında istismara veriləndən bu ilin sentyabr ayının sonunadək 1768 kilometr uzunluğunda olan BTC boru kəməri vasitəsilə ümumilikdə təqribən 583 milyon ton (təxminən 4,4 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5786 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İlk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 22 milyon ton (təxminən 165 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 229 tankerə yüklənib və yola salınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon ton (təxminən 6 milyon barel) azdır.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30