Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazanıb

Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazanıb

17.10.2022 [16:59]

Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-dək olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.

Azərbaycan Ağır Atletika Federasiyasına istinadla xəbər verir ki, yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edəcək.

Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar. Artıq onlardan biri Tehran Məmmədov körpücük üzərinə çıxıb. O, yaşı 20-dək olan idmançılar arasında 61 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

İdmançımız birdən qaldırma hərəkətində 120 kiloqramı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb. O, təkanla qaldırma hərəkətində 141 kiloqramı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birinciliyində bürünc medal əldə edib. Toplam 261 kiloqram (120+141) nəticə göstərən T.Məmmədov yekun sıralamada gümüş medal qazanıb.

Yarışa oktyabrın 25-də yekun vurulacaq.

Paylaş:
Baxılıb: 1051 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30