Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Fənərbaxça” - “Beşiktaş” görüşü Bakıda keçirilə bilər

“Fənərbaxça” - “Beşiktaş” görüşü Bakıda keçirilə bilər

06.01.2022 [14:25]

Türkiyə Super Kuboku uğrunda ötən ildən təxirə salınan oyun Bakıda keçirilə bilər. “Yeni Azərbaycan” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, “Fənərbaxça” və “Beşiktaş” arasındakı qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutacaq.

2011-ci ildə “Fənərbaxça” Türkiyə çempionu olub, “Beşiktaş” isə ölkə kubokunu qazanıb. Ancaq həmin vaxt danışılmış oyunlarla bağlı araşdırma aparıldığı üçün Super Kubok görüşü keçirilməyib.

2021-ci il dekabrın 27-də “Fənərbaxça” tam bəraət alıb. Bundan 3 gün sonra klub Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edərək, həmin görüşün keçirilməsini tələb edib. “Beşiktaş” rəhbərliyi isə TFF-nin verəcəyi qərara hörmətlə yanaşacağını, lazım olarsa, meydana çıxacaqlarını bildirib. Federasiya rəhbəri Nihat Özdemir bu məsələnin İdarə Heyətinin iclasında gündəmə gətirəcəyini və lehinə səs verəcəyini açıqlayıb.

Oyunun Bakıda keçiriləcəyinə gəlincə, TFF bu barədə Azərbaycana müraciət etməyib. Bu barədə əməkdaşımıza Azərbaycan Futbol Federasiyaları Assosiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib: “Türkiyə Futbol Federasiyasından Super Kubok oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə bizə hələlik heç bir müraciət daxil olmayıb”.

Paylaş:
Baxılıb: 1091 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30