Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Avro 2020”nin könüllüləri üçün Şamaxıda yay düşərgəsi təşkil olunur

“Avro 2020”nin könüllüləri üçün Şamaxıda yay düşərgəsi təşkil olunur

11.09.2019 [09:36]

“Avro 2020”nin Bakı könüllülük proqramı çərçivəsində sentyabrın 11-dən 13-dək Şamaxıda yay düşərgəsi təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, 200 könüllünün qatılacağı düşərgədə təşkilatçılar tərəfindən xüsusi proqram hazırlanıb. Düşərgə zamanı təlimlərin, seminarların, qonaqlarla görüşlərin, eləcə də idman və intellektual yarışların təşkili nəzərdə tutulur.
Düşərgə iştirakçıları xüsusi kriteriyalara əsasən seçiliblər. Burada məhz “Avro 2020” könüllülük proqramı üçün qeydiyyatdan keçən, eyni zamanda, UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyununda çalışmış və finalın müsahibə mərhələsində daha yüksək qiymətləndirmə balı alan könüllülər iştirak hüququ qazanıblar.
Bu düşərgənin təşkilində məqsəd könüllülər arasında əlaqənin möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, əldə olunan uğurlar və gələcək tədbirlər barədə dialoqun qurulmasıdır.

Paylaş:
Baxılıb: 1376 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30