Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib
02.05.2017 [10:08]
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib.
Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, startdan əvvəl ötən il keçirilmiş marafonu işıqlandıran media nümayəndələrinin bir qrupuna mükafatlar təqdim olunub.
“Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib.
Marafona yaşı 16-dan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar. Yarışda iştirak üçün ümumilikdə 13 mindən çox şəxs qeydiyyatdan keçib.
Həmçinin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər. Yarışa respublikada fəaliyyət göstərən 60-dan çox təşkilat və şirkətin təmsilçiləri də qoşulub.
Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, 1000-dən çox xarici vətəndaş da iştirak edib. Eləcə də İsveçrə, Hindistan, Çex Respublikası, Meksika, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və Malayziyanın Azərbaycandakı səfirləri, Koreya, İraq, Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistanın ölkəmizdəki səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının və “BP Azərbaycan” şirkətinin təmsilçiləri yarışa qoşulublar. Marafonda, həmçinin ABŞ, Böyük Britaniya, Almaniya, Polşa, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ukrayna və digər ölkələrin vətəndaşları da iştirak ediblər.
Budəfəki marafona Azərbaycanın müxtəlif bölgələrinin sakinləri də fəal qoşulublar. Sumqayıt, Quba, Goranboy, Kürdəmir və digər şəhər və rayonlardan iştirakçılar, o cümlədən “Regional İnkişaf” İctimai Birliyinin müxtəlif regionları əhatə edən könüllüləri yarışa qatılıblar.
Marafonun ən yaşlı iştirakçısı, bu vaxtadək müxtəlif ölkələrdə 40-dək marafona qoşulan 78 yaşlı Tarverdi Əliyev olub. Xatırladaq ki, Tarverdi Əliyev “Bakı Marafonu-2016”da da iştirak edib və həmin il də ən yaşlı marafonçu olmuşdu.
Yarış Dənizkənarı Milli Park, Yusif Səfərov küçəsi, daha sonra Heydər Əliyev Mərkəzinin yanından keçərək Heydər Əliyev prospekti boyunca Bakı Olimpiya Stadionunadək marşrutu əhatə edib. Marşrut boyu hər iki kilometrdən bir yaradılmış yardım məntəqələri marafonçuları su, sanitar qovşaq və ilkin tibbi yardımla təmin edib.
Marafonu davam etdirə bilməyənlər, iştirakçıları dəstəkləməyə gələnlər və digərləri finiş xəttinə xüsusi avtobuslarla çatdırılıblar. Marşrut boyu ümumilikdə dörd avtobus dayanacağı fəaliyyət göstərib.
Yarışın fan zonası finiş nöqtəsində - Bakı Olimpiya Stadionunda təşkil olunub. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar təqdim edilib.
Bakı Olimpiya Stadionunda toplaşan azarkeşlər “Küləyə qalib gəl”ənləri dəstəkləyiblər. Yarışın finiş xətti və təltifetmə mərasimi də Bakı Olimpiya Stadionunda olub. Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb. Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.
Sonra Bakı Olimpiya Stadionunda “Bakı Marafonu-2017”nin qaliblərinin mükafatlandırılması mərasimi olub.
“Bakı Marafonu-2017”nin qalibləri iki kateqoriya - kişi və qadınlar üzrə müəyyən olunub. Kateqoriyaların hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxan isə 1000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər. Bundan əlavə, marafonda 4-cü pillədən başlayaraq 10-cu pilləyə kimi qərarlaşan iştirakçılara “Bakı Marafonu-2017”nin sponsorları tərəfindən müxtəlif həvəsləndirici mükafatlar təqdim olunub.
Xatırladaq ki, “Bakı Marafonu” ilk dəfə 2016-cı il mayın 1-də keçirilib. İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan tədbir Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Layihənin icrasını “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirib.
“Bakı Marafonu-2017”nin tərəfdaş və sponsorları Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, IDEA İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “GreenCar”, “Azər Türk Bank”, “GoSport”, “Türk Hava Yolları”, “Coca Cola”, “Huawei”, “Alfa Romeo”, “Ernst & Young”dır.
Marafondan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarımarafonun məsafəsi isə 21 kilometrdir. Marafon yarışları idman tədbiri olmaqla yanaşı, həm də xeyriyyə məqsədi daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10

