/ / IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nin Naxçıvan mərhələsi başa çatıb
IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nin Naxçıvan mərhələsi başa çatıb
08.04.2017 [12:13]
Aprelin 7-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, muxtar respublikada səyahətin ilk ünvanı Şahbuz rayonundakı Batabat gölü olub. Göl Naxçıvan şəhərindən şimal istiqamətində bir saatlıq məsafədə yerləşir. Çəmənliklərin əhatə etdiyi bu əsrarəngiz dağ gölü dumduru, saf suyu ilə tanınır.
Boks üzrə yeniyetmələr arasında Avropa çempionu, birinci Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyevin və cüdo üzrə Avropa çempionatının bürünc mükafatçısı Orxan Quliyevin müşayiəti ilə şahmat həvəskarı Murad Əliyarov Batabat gölünə axan Naxçıvanın məşhur Zor bulağından su götürüb. Sonra səyahət iştirakçıları Naxçıvan şəhərinə yola çıxıblar.
* * *
“Domestic Grassroots” proqramı çərçivəsində Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində möhtəşəm bir layihə, “Sport joys - Regional idman tədbiri” keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Komitəsinin əməkdaşı Ülviyyə Ələkbərova oyunlar barədə geniş məlumat verib.
Naxçıvan güləş məktəbinin yetirməsi, İslam Həmrəyliyi Oyunlarının idman səfiri Hacı Əliyev gənc idmançıları salamlayıb, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov isə qonaqları muxtar respublikada aparılan idman siyasəti, keçirilən beynəlxalq və yerli yarışlar haqqında məlumatlandırıb.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədi ilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. 50 qız və 50 oğlan şagirdin mübarizəsində Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin komandası qalib gəlib. Qaliblərə kubok, diplom və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.
İdman tədbiri iştirakçılara əyləncəli və xoş anlar yaşadıb.
* * *
Aprelin 7-də, axşam Naxçıvan şəhərinin mərkəzi meydanında su festivalı keçirilib.
Əvvəlcə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş etdirilib.
Tədbirin aparıcısı qeyd edib ki, bu il mayın 12-dən 22-dək Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Mötəbər idman tədbirində 57 ölkəni təmsil edən 4 minə yaxın idmançı 20 idman növündə mübarizə aparacaq. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Çünki İslam dinində suya böyük önəm verilir. Eyni zamanda, möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. İki gün əvvəl “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nə start verilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzərdən götürülmüş suyu özləri ilə aparmaq üçün ölkəmizin müxtəlif guşələrindən gəlmiş uşaqlara təqdim edib. Su səyahəti zamanı 3 min kilometrdən çox məsafə qət ediləcək və mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə yekunlaşacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə idmançıları salamlayacaqlar.
Festivalda “Mirvari” rəqs qrupunun, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı olub, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanmasından və bu səyahətin Naxçıvan mərhələsindən bəhs edən videoçarxlar nümayiş etdirilib, Xəzər dənizindən götürülmüş suyun Naxçıvan şəhərinə qədər keçdiyi səyahət yoluna nəzər salınıb.
Sonra Prezident İlham Əliyevin Naxçıvan şəhərinə təqdim etdiyi səhəngi daşıyan şahmatçı Murad Əliyarov, eləcə də Şahbuz rayonunun Batabat yaylağındakı Zor bulaqdan götürülən suyu daşıyan idmançılar Orxan Quliyev və Tayfur Əliyev alqış sədaları altında səhnəyə dəvət olunublar.
Tədbir “Mirvari” rəqs qrupunun çıxışı, möhtəşəm lazer şousu və atəşfəşanlıqla başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

