/ / Azərbaycan Milli Paralimpiya Komitəsinin 2017-2020-ci illər üçün strateji fəaliyyət planı müəyyənləşib
Azərbaycan Milli Paralimpiya Komitəsinin 2017-2020-ci illər üçün strateji fəaliyyət planı müəyyənləşib
04.03.2017 [10:51]
Martın 3-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) V hesabat-seçki konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib və paralimpiyaçılarımızın uğurlarına həsr edilən videoçarx nümayiş olunub.
ARMPK-nın prezidenti İlqar Rəhimov paralimpiyaçılarımızın qazandıqları nailiyyətlərdən danışıb və ölkəmizin irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.
Komitənin vitse-prezidenti Şaiq Həmidov qurumun 2013-2016-cı illərdə fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, son illər ölkəmizin idman həyatında böyük irəliləyişlər əldə olunub və uğurlu nəticələr qazanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə siyasi, iqtisadi və digər sahələrlə yanaşı, idman da inkişaf edir.
Qeyd edilib ki, hesabat dövründə paralimpiya yığmamız 100 təlim-məşq toplanışına qatılıb və millimiz 65 beynəlxalq turnirdə gücünü sınayıb. Həmin dövrdə paralimpiyaçılarımız 63 qızıl, 56 gümüş, 47 bürünc olmaqla, ümumilikdə 166 medal qazanıblar. Bu yarışlarda idmançılarımız 4 dünya rekordunu yeniləyiblər. “Rio-2016” XV Yay Paralimpiya Oyunlarında millimiz 1 qızıl, 8 gümüş, 2 bürünc medala sahib olmaqla, medal qazanan 82 ölkə arasında 33-cü, Avropada 16-cı, MDB ölkələri arasında 3-cü, müsəlman dövlətləri arasında isə 6-cı olub.
Sonra ARMPK-nın nəzarət-təftiş komissiyasının üzvü Zinyət Vəliyeva və komitənin birinci vitse-prezidenti Natiq Qasımov çıxış ediblər.
Tədbirdə Komitənin 2017-2020-ci illər üçün strateji fəaliyyət planı haqqında məlumat verilib.
Sonda ARMPK-nın rəhbər orqanlarına seçkilər keçirilib.
İlqar Rəhimov yenidən ARMPK-nın prezidenti vəzifəsinə seçilib. Natiq Qasımov komitənin birinci vitse-prezidenti, paralimpiya çempionu İlham Zəkiyev vitse-prezident, Şaiq Həmidov isə baş katib seçiliblər. ARMPK-nın İcraiyyə Komitəsinin say tərkibi və üzvləri də müəyyənləşib.
Tədbirdə ARMPK-nın hesabat dövründəki fəaliyyəti qənaətbəxş sayılıb, komitənin fəaliyyətinin əsas istiqamətləri təsdiq olunub.
Xəbər lenti
Hamısına baxHərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04

