Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Türkiyə-Azərbaycan matçında dostluq və qardaşlıq qalib gəldi

Türkiyə-Azərbaycan matçında dostluq və qardaşlıq qalib gəldi

03.06.2009 [14:51]

Dünən Azərbaycan yığması tarixində ilk dəfə Türkiyə ilə səfərdə yoldaşlıq görüşü keçirib. Almaniyalı mütəxəssis Berti Foqtsun rəhbərlik etdiyi və bir həftə ərzində üç oyuna çıxacaq milli komandamızın ilk sınağı Kayseri şəhərində olub. Dünən keçirilən oyun uelslilərlə rəsmi matç öncəsi son sınaq olub və Foqts həmin görüşə nəzərdə tutduğu heyəti, taktiki sxemi sınaqdan keçirib. Kayseridə keçirilən oyun Türkiyə və Azərbaycan arasında 5-ci oyun olub. İndiyədək 4 matçda qələbə üzünə həsrət qalan millimiz 3 dəfə uduzub və yalnız son oyunda heç-heçə edib.
Bu, 14 aydır milli komandamızın sükanı arxasında olan 62 yaşlı Foqtsun 14-cü oyunu olub. Türkiyə yığması 86 illik tarixində Kayseridə ilk oyununu məhz Azərbaycana qarşı keçirib.
Bütün matç boyu dostluq və qardaşlıq örnəyi nümayiş etdirən iki ölkənin futbolçuları tamaşaçılara gözəl oyun göstərmək üçün də var gücləri ilə çalışdılar. Nəticədə Türkiyə millisi Halil Altıntop və İbrahim üzülməzin vurduğu qollarla bu yoldaşlıq görüşündən 2-0 hesabı ilə qalib ayrıldı.

Paylaş:
Baxılıb: 1395 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31