Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Tanınmış şahmatçıların Bakı seansı

Tanınmış şahmatçıların Bakı seansı

13.05.2009 [10:11]

Bakıda keçirilmiş “Prezident kuboku” beynəlxalq şahmat turnirinin iştirakçıları dənizkənarı Milli Parkda 86 lövhədə eyni vaxtda oyun seansı keçiriblər. Seansda dünya çempionu Vişvanatan Anand, keçmiş dünya çempionu Vladimir Kramnik, Azərbaycan yığmasının üzvləri - Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov iştirak ediblər.
Daha çox rəqiblə yarışan Vüqar Həşimov 14 lövhənin hamısında qələbə qazanıb. Sonra Vişvanatan Anand 10:0 hesabı ilə qalib gəlib, Vladimir Kramnik 9 lövhədə qələbə qazanıb, 2 görüşü isə heç-heçə oynayıb. Digər şahmatçılardan Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov hər biri 13:0 hesabı ilə qalib gəlib, Qədir Hüseynov və Rauf Məmmədov isə 13 mümkün xaldan hərəyə 11,5 xal toplayıblar. Fərqlənmiş oyunçulara şahmat ulduzlarının avtoqrafları olan “64 - Şaxmatnoye obozreniye” jurnalları təqdim edilib.

Paylaş:
Baxılıb: 1609 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31