“Tour d’Azerbaidjan-2016”da ilk gün: “Bora-Argon 18”dən 4 fəxri kürsü
05.05.2016 [09:56]
Birinci mərhələnin qalibi Fil Bauhauz: Çalışacağam ki, bundan sonra da inamlı çıxışımı davam etdirim
Dünən Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2016” veloyürüşünə start verilib. İlk yarış günü iştirakçılar Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt şəhərinədək 154 km məsafə qət ediblər.
Məsafəni hamıdan tez başa vuran Almaniyanın “Bora-Argon 18” peşəkar kontinental komandasının üzvü Fil Bauhauz 3 saat, 34 dəqiqə, 19 saniyə göstərici ilə mərhələ qalibi olub. ABŞ-ın “İlluminate” komandasının üzvü Skott Sanderlend və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Nəsr Dubay” klubunun nümayəndəsi Luka Vakerman müvafiq olaraq 2-ci və 3-cü yeri tutub. Azərbaycanın “Synergy Baku” komandasının üzvləri Yannis Tamuridis, Maksim Averin, Matey Müqerli, Matiya Kvasina, Kiril Pozdnyakov və Elçin Əsədov da mərhələni ilk pelotonda başa vurublar. Fotofinişə əsasən, ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur - 5-ci yer.
Mərhələni qalib kimi başa vuran “Bora-Argon 18”in üzvü Fil Bauhauz bununla ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini ələ keçirib. O həm də ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR, eyni zamanda, ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyinə də sahib çıxıb. Ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli “AZAL” köynəyini isə Malayziyanın “Terengganu” klubunun üzvü Saleh Mohd Zamri əldə edib. Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təqdim ediblər.
“Yürüşə yaxşı başladıq. Komandamız üzərinə düşən işi gördü. Liderimiz öhdəliyini yerinə yetirdi. Komandamızın 2 üzvü də mənə çox yardım etdi. Ümumilikdə yarışın yaxşı keçdiyini söyləyə bilərəm”. Bu sözləri ilk mərhələnin qalibi, “Bora-Argon 18” komandasının üzvü Fil Bauhauz deyib.
O qeyd edib ki, bu, peşəkar karyerası ərzində ilk qələbəsidir: “Bu mənim peşəkar səviyyədə ilk uğurumdur. Qalib gəlmək hər zaman xoşdur. Çalışacağam ki, bundan sonra da inamlı çıxışımı davam etdirim. Amma sabahkı gün dağ mərhələsidir. Bu isə sprinterlər üçün əlverişli deyil”.
Yarış lideri Azərbaycan haqda müsbət fikirlər də səsləndirib: “Çox gözəl ölkəniz var. Birinci dəfədir ki Azərbaycandayam. Buranı çox bəyəndim. Təşkilatçılıq yüksək səviyyədədir. Eləcə də çoxlu sayda azarkeşlərin turu izləməsi müsbət haldır”.
Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar saat 10:30-da Veloparkdan start götürməklə 186,5 km məsafə qət edəcəklər və İsmayıllıda finiş xəttini keçəcəklər.
NADİR
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

