“Alov Qoruyanlar”
03.06.2015 [09:07]
Ölkəmizdə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri artıq başa çatıb. Hər gün gözümüz qarşısında baş verən yeniliklər isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan birinci Avropa Oyunlarını çox yüksək səviyyədə keçirəcək. Təbii ki, bu mötəbər tədbirin Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının açıq göstəricisidir. Bu, həm də müxtəlif aspektlərdən mühüm əhəmiyyət daşıyır. Bu aspektlərdən biri də bu hadisənin tarixi əhəmiyyətidir. Çünki Olimpiya Oyunları deyiləndə yada Yunanıstan düşdüyü kimi, ilk Avropa Oyunları deyiləndə də Azərbaycan xatırlanacaq.
Onu da vurğulamaq yerinə düşər ki, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsini Azərbaycan ictimaiyyəti ilə yanaşı, gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri səbirsizliklə gözləyirlər. Beləliklə, ənənəmizə sadiq qalaraq “Yeni Azərbaycan” qəzetinin “Alov Qoruyanlar” adlı rubrikasında birinci Avropa Oyunlarında fəaliyyət göstərəcək növbəti könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“Birinci Avropa Oyunları milyonlarla insana Azərbaycan haqqında məlumat çatdıracaq”. Bunu Bakı Dövlət Universitetinin tələbəsi, “Bakı-2015”in könüllüsü Sara Məmmədova deyib.
O, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin, ilk növbədə, Azərbaycanda həyata keçirilən idman siyasətinin məntiqi nəticəsi olduğunu vurğulayıb: “Birinci Avropa Oyunları həcminə görə ölkəmizdə indiyədək keçirilmiş bütün beynəlxalq idman tədbirlərindən ən böyüyüdür. Nəzərə alsaq ki, yarışlar zamanı ölkəmizə birbaşa onminlərlə insan cəlb olunacaq və bura gələn idmançılar, rəsmilər, qonaqlar və turistlər, ölkəmiz, eləcə də, onun mədəniyyəti və potensialı haqqında məlumat almaq imkanı əldə edəcək, onda bu yarışların Azərbaycan üçün nə verə biləcəyini anlamaq heç də çətin deyil. Təbii ki, media və yayım şirkətləri də birinci Avropa Oyunları, həmçinin, ona ev sahibliyi edən Azərbaycan haqqında məlumatları dünyanın hər bir tərəfində yaşayan milyonlarla insana televiziya, radio, internet şəbəkələri, yazılı mətbuat vasitəsilə ötürəcək. Yəni, ilk Avropa Oyunları milyonlarla insana Azərbaycan haqqında məlumat çatdıracaq. Bu isə ölkəmizin təbliğatı, eləcə də, bütün dünyada daha da tanınması baxımından mühüm əhəmiyyət kəsb edir”.
“Bakı-2015”in könüllüsü yarışlarda könüllülərin görəcəyi işlərdən də danışıb: “Mən könüllülər ailəsinə üzv olduğum üçün çox qürurlanıram. Düşünürəm ki, könüllülər ailəsinə qoşulan hər bir gənc məhz bu fikirdədir. Onların hər biri bu yarışmada könüllü qismində iştirak etməkdən məmnundur. Niyə də yox? Axı biz bu yarışlarda könüllü qismində ölkəmizi təbliğ edəcəyik. Bundan gözəl və qürurverici bir iş ola bilməz”.
“Bakı-2015” tarixdə ən gözəl Oyunlar kimi qalacaq”. Bunu Bakı Dövlət Universitetinin tələbəsi, “Bakı-2015”in könüllüsü Sadiq Yaqublu deyib.
Onun sözlərinə görə, bu Oyunların keçirilməsi ölkəmizdə idmanın inkişafı ilə yanaşı, mədəniyyətimizin, tariximizin dünyaya çatdırılması, eləcə də, gələcəkdə turizm sektorunun inkişafı üçün mühüm əhəmiyyətə malikdir: “Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi gənclər arasında idmana marağı daha da artırmaqla yanaşı, onları narkomaniya, eləcə də, digər pis vərdişlərdən çəkindirəcək”.
Bu yarışların, həmçinin, ölkəmizə turistlərin cəlb olunması baxımından da fayda verəcəyini deyən Sadiq Yaqublu əlavə edib ki, birinci Avropa Oyunları zamanı Azərbaycana gələn hər bir turistin ölkəmizlə yaxından tanış olmaq imkanı olacaq: “Yeri gəlmişkən, biz “Bakı-2015” könüllülərinin də üzərinə bu baxımdan ikiqat məsuliyyət düşür. Axı bu, birbaşa bizim işimizdir. Gələn qonaqlara ölkəmiz haqqında məlumat vermək, təbliğat aparmaq. İnanıram ki, biz bu işin öhdəsindən layiqincə gəlməyi bacaracağıq”.
Xəbər lenti
Hamısına baxElm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18

