Əli Cəfərov: İlk Avropa Oyunları müstəqil Azərbaycanın tarixində mühüm hadisələrdən biridir
05.05.2015 [10:27]
“İlk Avropa Oyunları müstəqil Azərbaycanın tarixində mühüm hadisələrdən biridir”. Bunu qəzetimizə açıqlamasında karate üzrə dünya və Avropa çempionu Əli Cəfərov deyib. Onun sözlərinə görə, bu mötəbər tədbirin Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının açıq göstəricisidir: “Ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, eləcə də, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlar ilk Avropa Oyunlarının Azərbaycanda təşkil olunmasını şərtləndirən başlıca faktorlardır. Bu gün ölkəmiz istənilən beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etməyə qadirdir”.
Əli Cəfərovun sözlərinə görə, Oyunlar zamanı ölkəmizə gələcək qonaqlar Azərbaycanda güclü iqtisadi inkişaf, əldə edilən uğurlar və ideal tolerantlıq mühitinin şahidi olacaqlar: “Azərbaycan gündən-günə inkişaf edir. İstər iqtisadi, istərsə də siyasi cəhətdən güclü bir dövlət kimi bütün dünyada tanınır. Eyni zamanda, bir idman ölkəsi kimi də Azərbaycan öz sözünü artıq deyib. Son zamanlar idmançılarımızın əldə etdiyi parlaq qələbələr, saysız-hesabsız medallar bunu bir daha sübut edir. Mən inanıram ki, bu dəfə də idmançılarımız öz parlaq qələbələri ilə doğma azarkeşlər qarşısında şücaətlərini göstərəcək və üçrəngli bayrağımızı dalğalandırmağa nail olacaqlar”.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42

