AFFA və “Bakcell” Bakıda “Mançester Yunayted” Futbol Məktəbini təqdim edib
25.09.2014 [10:06]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və İngiltərənin “Mançester Yunayted” futbol klubu ilə əməkdaşlıq çərçivəsində Bakıda “Mançester Yunayted” Futbol Məktəbini açıb. İlkin mərhələdə Akademiyanın istedadlar qruplarında 32 uşaq təlim keçəcək. İstedadlar qruplarında təhsil ödənişsizdir. İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq:
1) U8/U9 - (2006 və 2007-ci il təvəllüdlü) - 16 uşaq
2) U10/U11 - (2004 və 2005-ci il təvəllüdlü) - 16 uşaq
Hər bir kateqoriya üzrə uşaqları “Mançester Yunayted” klubunun ezam olunmuş məşqçiləri seçəcəklər. Məşqlər “Mançester Yunayted” Futbol Məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistent tərəfindən keçiriləcək. Məşqlərdən əvvəl uşaqlara ingilis dili tədris olunacaq. Şirkətdən verilən məlumatda qeyd olunur ki, Futbol Məktəbinə qeydiyyat 15-22 sentyabr tarixləri arasında keçirilib. İstedad qruplarına seçim isə sentyabrın 23-də “Bayıl Arena” Stadionunda aparılıb.
“Bakcell”in dəstəyi ilə AFFA və milyonlarla azarkeşi olan İngiltərənin dünya şöhrətli “Mançester Yunayted” klubunun birgə həyata keçirdikləri bu layihə - “Mançester Yunayted” Futbol Məktəbinin Bakıda fəaliyyətə başlaması - ölkənin futbol həyatında çox önəmli bir hadisədir. Bakıda fəaliyyət göstərəcək bu futbol məktəbi ölkədə futbolun keyfiyyət səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayacaq. Həftədə ən azı iki dəfə keçiriləcək məşqlərdən qabaq uşaqlara ingilis dili dərsləri keçiriləcəkdir ki, bu da, həmçinin, təqdirəlayiq bir haldır. Ümidvaram ki, “Mançester Yunayted” futbol məktəbinin Azərbaycanda həyata keçirəcəyi işlər çox qısa bir zamanda öz bəhrələrini verəcək və burada təlim keçən uşaqlar ölkə futboluna öz layiqli töhfələrini verə biləcəklər. Biz AFFA-nın adından “Bakcell” şirkətinə və “Mançester Yunayted” klubuna səmimi qəlbdən təşəkkürümüzü bildiririk”, - deyə AFFA-nın prezidenti Rövnəq Abdullayev vurğulayıb.
“Bakcell” iki il ərzində AFFA və “Mançester Yunayted” klubu ilə əməkdaşlıq şəraitində “Mançester Yunayted” Yay Futbol Məktəbini uğurla təşkil edib. Bu layihədə iştirak edən uşaqların böyük uğurları bizi “Mançester Yunayted” Futbol Məktəbini Azərbaycana gətirməyə ruhlandırdı. Bu uşaqların sayəsində biz Azərbaycan futbolunun böyük potensiala malik olduğunu gördük və daha böyük imkanları Azərbaycan futboluna yaxın gətirməyə qərar verdik. Mən inanıram ki, “Mançester Yunayted” Futbol Məktəbi bundan öncə təşkil etdiyimiz yay futbol məktəbi kimi uğurlu layihə olacaq və biz gələcəkdə bundan da yaxşı nəticələri sizinlə bölüşəcəyik”, - deyə “Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib.
S.LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

