Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Çelsi” tarixində ən bahalı transferini edib

“Çelsi” tarixində ən bahalı transferini edib

22.07.2026 [15:22]

İngiltərə millisinin yarımmüdafiəçisi Morqan Rocers “Aston Villa”dan “Çelsi”yə keçib.

AZƏRTAC xəbər verir ki, London klubu futbolçu ilə 2033-cü ilin yayınadək müqavilə imzalayıb.

“Sky Sports”un məlumatına görə, transferin məbləği 117 milyon funt-sterlinq olub. Bu, “Çelsi” tarixində ən bahalı keçiddir. Rocers, eyni zamanda ən bahalı ingilis futbolçu olub. Ondan əvvəl rekord ötən yay “Nyukasl”dan “Liverpul”a 125 milyon funt-sterlinqə keçən Aleksandr İsaka məxsus idi.

İyirmi üç yaşlı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 35 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə edib. O, İngiltərə millisində 22 oyun keçirib.

Qeyd edək ki, “Aston Villa” ötən mövsüm Premyer Liqanı dördüncü pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb. “Çelsi” isə 10-cu yeri tutub.

Paylaş:
Baxılıb: 501 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30