Roman Qriqorçuk: “Qarabağ”ı taxtdan salmaq “Neftçi” üçün çox çətin olacaq
22.12.2025 [16:32]
“Neftçi”də olduğum dövr haqqında dəfələrlə danışmışam. Orada hər şey normal idi. Yalnız nəticə istədiyimiz kimi deyildi.
AZƏRTAC xəbər verir ki, bu sözləri ukraynalı mütəxəssis Roman Qriqorçuk “Neftçi”nin yeni baş məşqçisi təyin olunan həmyerlisi Yuri Vernidub haqqında danışarkən deyib.
Vaxtilə “Neftçi”də işləmiş çalışdırıcı komandada lazımi nəticəni heç cür əldə edə bilmədiklərini xatırladıb: “Neftçi” böyük brenddir, lakin bu klub uzun müddətdir yüksək nəticələr qazana bilmir. Komandanın turnir cədvəlinin zirvəsində olmamasına və ardıcıl qələbələr qazanmamasına səbirli yanaşmaq çətindir. Avrokuboklara vəsiqə qazanmamaq böyük klub üçün normal hal sayılmır. “Neftçi” adlı-sanlı, böyük klubdur. Nəticə olmayanda isə ümid edirlər ki, başqa bir məşqçi gələcək və dərhal ortaya uğurlu iş qoyacaq”.
60 yaşlı mütəxəssis “Neftçi” rəhbərliyi ilə yaxşı münasibətlərinin olduğunu söyləyib: “Rəhbərlik barədə bir dənə də olsun mənfi söz deyə bilmərəm. Onlarla münasibətlərim o qədər səmimidir ki, bunu təsəvvür belə edə bilməzsiniz. Klub rəhbərliyi ilə aramda çox isti münasibətlər qalıb. Yuri Verniduba isə yalnız uğurlar arzulamaq istəyirəm. Arzum budur ki, həm özünün, həm də klub rəhbərliyinin qarşısına qoyduğu məqsədlərə çatsın. “Qarabağ”ı taxtdan salmaq çox çətin olacaq, lakin düşünürəm ki, “Neftçi”nin əsas hədəfi çempionluqdur. Mən bu komandanın sükanı arxasına keçəndə hamını yalnız bir məqsəd – ən yüksək yer və Çempionlar Liqasında çıxış maraqlandırırdı. Arzu edirəm ki, Yuri Vernidub bu hədəflərə nail olsun”.
Roman Qriqorçuk vaxtilə Azərbaycanda “Qəbələ” və “Neftçi” komandalarını çalışdırıb.
Xatırladaq ki, “Neftçi” bir müddət əvvəl Yuri Vernidubla 1,5 illik müqavilə imzalayıb.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

