Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Dünya çempionatı: Azərbaycan minifutbol millisi 1/8 finala vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycan minifutbol millisi 1/8 finala vəsiqə qazanıb

25.05.2025 [20:55]

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, mundialda üçüncü turun görüşləri keçirilir.

A qrupunda mübarizə aparan Azərbaycan millisi Mavritaniya seçməsi ilə qarşılaşıb. Milli Gimnastika Arenasında təşkil edilən matç yığmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Mirmehdi Rzayev və Ramiz Çovdarov vurublar.

Beləliklə, Elşad Quliyevin baş məşqçisi olduğu yığma qrupu 7 xalla lider bitirib və 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Paylaş:
Baxılıb: 350 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30