Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Misli Premyer Liqası: “Araz-Naxçıvan” liderliyə yüksəlib

Misli Premyer Liqası: “Araz-Naxçıvan” liderliyə yüksəlib

29.11.2024 [20:58]

Misli Premyer Liqasında XV tura start verilib.

AZƏRTAC xəbər verir ki, açılış matçında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena"da “Turan Tovuz”u qəbul edib. Görüş nominal ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 75-ci dəqiqədə Felipe Santos vurub.

Bu qələbə ilə xallarını 36-ya çatdıran Naxçıvan təmsilçisi turnir cədvəlində liderliyə yüksəlib. Tovuz klubu isə 27 xalla 3-cü pillədə qalıb.

Günün son oyununda isə “Sabah” "Bank Respublika Arena"da "Səbail"i sınağa çəkəcək. Qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq. Rusiyalı baş məşqçi Vasili Berezutskinin “Sabah”ın sükanı arxasında debüt edəcəyi görüş saat 19:00-da start götürəcək.

Turnir cədvəlində “Sabah” 19 xalla 5-ci, "Səbail" 8 xalla 9-cudur.

Qeyd edək ki, turun digər oyunları noyabrın 30-da və dekabrın 1-də keçiriləcək.

Paylaş:
Baxılıb: 768 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30