Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Bakıda IV “Qələbə qaçışı”na start verilib

Bakıda IV “Qələbə qaçışı”na start verilib

03.11.2024 [11:14]

Noyabrın 3-də Gənclər və İdman Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 4-cü ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yarışına start verib.

AZƏRTAC xəbər verir ki, iştirakçılar Dənizkənarı Milli Parkda “Yeddi gözəl” fəvvarəsinin yanından yarışa başlayıblar.

Qaçış 10 kilometr məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.

Yarış çərçivəsində maraqlı və əyləncəli tədbirlər də təşkil olunacaq. Finişə çatmış bütün iştirakçılara medal təqdim ediləcək. Həmin şəxslər yarışın rəsmi saytına daxil olaraq öz iştirakçı sertifikatını da yükləyə biləcəklər.

“Qürurla irəli” şüarı ilə keçirilən qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı xeyriyyə məqsədilə minimum 20 manat iştirak haqqı ödəməlidirlər. Qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək.

Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.

Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30