Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Mançester Yunayted”in yeni baş məşqçisi məlum olub

“Mançester Yunayted”in yeni baş məşqçisi məlum olub

29.10.2024 [13:10]

İngiltərənin “Mançester Yunayted” komandasının yeni baş məşqçisi məlum olub.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, “qırmızı-şeytanlar”a hazırda Portuqaliyanın “Sportinq” ( Lissabon) komandasının sükanı arxasında olan Ruben Amorim başçılıq edəcək. Klublar təzminat məbləği ilə bağlı danışıqları davam etdirirlər.

R.Amorim 2020-ci ilin martından "Sportinq"də işləyir.

Qeyd edək ki, “Mançester Yunayted” ötən gün niderlandlı mütəxəssis Erik ten Haqla yollarını ayırıb. Komanda müvəqqəti olaraq Ruud Van Nistelroya tapşırılıb.

Paylaş:
Baxılıb: 434 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30