Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Paralimpiya Oyunlarında uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüş olub

Paralimpiya Oyunlarında uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüş olub

08.10.2024 [18:36]

Ötən ay ərzində Azərbaycanı nüfuzlu beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüş olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasının akt zalında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Sonra gənclər və idman naziri Fərid Qayıbov Paris Yay Paralimpiya Oyunlarında yüksək nailiyyətlərə görə Prezident İlham Əliyev tərəfindən təltif edilmiş paralimpiyaçılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 1-ci dərəcəli, 2-ci dərəcəli, 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 1-ci dərəcəli, 2-ci dərəcəli, 3-cü dərəcəli “Əmək” ordenləri və “Tərəqqi” medallarını təqdim edib.

Sonra Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda nailiyyət qazanan idmançıları təbrik edərək ötən ayın yeniliklərlə, tarixi ilklərlə zəngin ay olduğunu qeyd edib. Sonra yarışlarda idmançıların qələbələrini əks etdirən videoçarx nümayiş olunub.

Görüşdə akrobatika gimnastikası, aerobika gimnastikası, atletika, bilyard, bədii gimnastika, cüdo, kamandan oxatma, aba, alış, qazaq güləşi, sumo, parataekvondo, paraüzgüçülük, paraatletika, paracüdo, parabadminton, karate, kikboksinq, taekvondo, yunan-Roma güləşi, qadın güləşi, sərbəst güləş, çimərlik güləşi, savat idman növləri üzrə idmançılar çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.

Paylaş:
Baxılıb: 712 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30