Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Şahmat üzrə Azərbaycan çempionları bəlli olub

Şahmat üzrə Azərbaycan çempionları bəlli olub

08.10.2024 [11:16]

Respublika Şahmat Mərkəzində təşkil edilən şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı sona çatıb.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) AZƏRTAC-a verilən məlumata görə, kişilərin yarışında 14 xal toplayan Eltac Səfərli ölkə çempionu olub. Çempiondan yarım xal geri qalan Vüqar Rəsulov ikinci yeri tutub. Məhəmməd Muradlı yarışı üçüncü sırada başa vurub.

Qadın şahmatçıların yarışında 12.5 xal toplayan Azərbaycan milli komandasının üzvü Gülnar Məmmədova qızıl medala layiq görülüb. Eyni xala malik Zeynəb Məmmədyarova əlavə göstəricilərə görə ikinci olub. Milli komandanın üzvü Xanım Balacayeva 12 xalla çempionatın bürünc medalını qazanıb.

Azərbaycan çempionatının bağlanış mərasimində qalib və mükafatçılara medal və diplomları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, eləcə də AŞF-nin vitse-prezidenti Faiq Həsənov təqdim edib.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 8000 manat təşkil edib. Qalib və mükafatçılar dünya çempionatında iştirak hüququ qazanıblar. Ölkə çempionatlarında ilk 3 yeri tutan şahmatçılar ABŞ-ın Nyu-York şəhərində təşkil olunacaq dünya çempionatına ezam olunacaqlar.

Paylaş:
Baxılıb: 713 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30