Ermənistan gələcəyini başqa ölkələrdən verilən ianələrlə bağlayır
01.06.2012 [21:55]
Ermənistanda sosial-iqtisadi vəziyyət günbəgün ağırlaşmaqda davam edir. Məlum olduğu kimi, Ermənistanda əhalinin dörddə bir hissəsindən çoxu yoxsulluq həddində yaşayır. ölkədə orta aylıq əmək haqqı çox aşağı səviyyədədir. Bu gün Ermənistanın mövcudluğu xarici yardımdan asılıdır. Erməni diasporu ölkəyə milyonlarla dollar yardım edir, əhalinin böyük hissəsi xaricdə yaşayan qohumlarından göndərilən vəsait hesabına yaşamağa məcburdur. Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, ölkəyə xaricdən göndərilən pullar yerli iqtisadiyyatın gəlirlərindən çoxdur. Hökumətin dramın məzənnəsini saxlamaq üçün göstərdiyi cəhdlər nəticəsizdir. Hətta milli valyuta olan dramın məzənnəsini saxlamaq məqsədi ilə, Ermənistan Mərkəzi Bankının ayrıdığı vəsaitin (20 mln dollar) əhəmiyyəti olmayıb. Nəticədə, Ermənistanın pul vahidi günü-gündən qiymətini itirməkdədir. Yerli mətbuatın yazdığına görə, mayın 14-də Ermənistan birjasında 1 dollar 406 dram, 50 luma dəyişdirilib.
Paytaxt İrəvan şəhərinin böyük bir hissəsi köhnə, istismar müddəti başa çatmış binalardan ibarətdir. Sovet dövründən qalma avtomobillər ölkədə atmosferin çirklənmə prosesini daha da sürətləndirirlər. ölkənin bəzi regionlarında içməli su çatışmazlığı problemi yüksək həddədir.
Ermənistanda siyasi sistemin və idarəetmənin vəziyyəti ilə də bağlı ciddi problemlər yaşanır. İnsan hüquq və azadlıqlarına, söz və mətbuat azadlığına hörmətlə yanaşılmır. Müstəqillik dövründə demək olar ki, işğalçı ölkədə heç bir sosial, iqtisadi proqram reallaşdırılmayıb, yalnız simvolik siyasət yürüdülüb.
Demoqrafik vəziyyət də son dərəcə ağırdır. Ayrı-ayrı ekspertlər əhalinin kütləvi olaraq ölkəni tərk etməsini Ermənistanda sosial-iqtisadi vəziyyətin çox ağır olması ilə əlaqələndirirlər. Statistikaya görə, son iki ildə 11 min Ermənistan vətəndaşı Qərbi Avropa dövlətlərindən sığınacaq istəyib. BMT-nin Qaçqınlarla iş üzrə agentliyinin hesabatına görə, iki il ərzində təkcə Fransada sığınacaq alan ermənilərin sayı 2010-cu illə müqayisədə iki dəfə artıb. Yerli mətbuatın (“Haykakan Jamanak”) yazdığına görə, cari ilin dörd ayında Ermənistanı 57 min 320 nəfər tərk edib və geri qayıtmayıb. Bu rəqəm 2011-ci illə müqayisədə 20 faiz çoxdur. Belə ki, ötən ilin müvafiq dövründə Ermənistanı 47 min 610 nəfər vətəndaş tərk edib. Təkcə 2012-ci ilin aprelində Ermənistanı 29 min 222 nəfər tərk edərək ölkəsinə geri qayıtmaqdan imtina ediblər.
Eyni zamanda, Ermənistanda korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı geniş yayılıb. İstehsal sahələri fəaliyyət göstərmir, bütün sahələr hakim oliqarx dairələrin əlində cəmləşib. Təsadüfi deyil ki, beynəlxalq sorğu agentliyi “Gallup”un keçirdiyi sorğusunun nəticələrinə görə, işğalçı ölkə əhalisinin 76 faizi bizneslərinin korrupsiyalaşmış hesab edir.
Beləliklə, Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Ermənistan özünü bölgədə həyata keçirilən bütün böyük sosial-iqtisadi layihələrdən təcrid vəziyyətinə salıb. Münaqişə ilə əlaqədar Ermənistan həmçinin, Cənubi Qafqazın əsas iqtisadi qüvvəsi ilə əlaqələrini itirib. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizindən çoxunu, ixrac potensialının isə 90 faizini təşkil edir. ötən 7 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə, üDM isə 300 faiz artıb. Bununla yanaşı, ölkə statistikasına əsasən, əhalinin hər nəfərinə düşən gəlirlər xeyli yüksəlib, yoxsulluq səviyyəsi 5 dəfə azalıb. Belə bir vəziyyət Ermənistanın xeyrinə deyil. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini ləngitməklə, Ermənistan hökuməti ölkədə vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Şübhəsiz dünya iqtisadiyyatındakı böhran ərəfəsində danışıqların uzanması, Ermənistana daha çox zərər gətirəcək və nəticədə dövlət kimi ayaqda durmaq şansını itirəcək.
28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edən Prezident İlham Əliyev məsələyə toxunaraq bildirib ki, hazırda Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur: “Biz dəqiqliklə bilirik ki, gələcəkdə bizi nələr gözləyir. çünki gələcəyimizi biz özümüz yaradırıq. Ermənistan isə gələcəyini başqa ölkələrdən verilən, yaxud da veriləcək və ya verilməyəcək ianələrlə bağlayır. Belə olan halda uzunmüddətli inkişafı proqnozlaşdırmaq mümkün deyildir”.
Azərbaycanda demoqrafik vəziyyətin də çox müsbət olduğunu vurğulayan dövlət başçısı bu mühüm amilin Ermənistanda əks istiqamətdə “inkişaf” etdiyini deyib: “Amma Ermənistana gəldikdə, orada ümumiyyətlə, iqtisadiyyat iflic vəziyyətindədir və heç bir iqtisadi perspektiv yoxdur. ölkədən kütləvi şəkildə miqrasiya baş verir və əlbəttə, bu, məsələnin - yəni, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz rolunu oynayacaqdır”.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50

