Biz siyasətimizi ölkəmizin ümumi inkişaf strategiyasına uyğun şəkildə qurmalıyıq və qururuq
22.09.2011 [09:44]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının 409 meqavat gücündə ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev yeni qurğunun tikinti layihəsi ilə tanış olub.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına layihə barədə məlumat verib. Bildirilib ki, “Şimal” elektrik stansiyasının ümumi sahəsi 68 hektar, ikinci buxar-qaz qurğusunun tikiləcəyi ərazi isə 12 hektardır.
Qeyd edilib ki, ikinci buxar-qaz qurğusunun inşası Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dövlət zəmanətli krediti hesabına həyata keçiriləcək. 2010-cu ilin avqust-noyabr aylarında keçirilən beynəlxalq tenderin nəticələri əsasında Yaponiyanın “Toyo Engineering Corporation” və Azərbaycanın “Azenco” Açıq Səhmdar Cəmiyyəti konsorsiumu ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti arasında müqavilə imzalanıb.
Məlumat verilib ki, qurğunun komponentlərinə qaz və buxar turbinləri, qazan-utilizator və generator daxildir. Bundan başqa, müasir soyuducu su sistemi, 220, 110 və 35 kilovoltluq tam qapalı yarımstansiya, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması qurğusu da yaradılacaq. Qurğuda dəniz suyundan soyuducu sistemdə istifadə etməklə yanaşı, texniki və içməli suyun alınması da mümkün olacaq. Birvallı konstruksiya şəklində quraşdırılacaq turbinləri və generatoru Yaponiyanın “Mitsubishi Heavy Industries” şirkəti təchiz edəcək. Layihənin 2013-cü ilin sonunda başa çatdırılması nəzərdə tutulub. Əsas avadanlığın bir hissəsi və köməkçi avadanlığın təchizatı, eləcə də bütün tikinti-quraşdırma işləri “Azenco” ASC tərəfindən həyata keçiriləcək.
Layihənin əsas əhəmiyyəti ondan ibarətdir ki, buxar-qaz qurğusunun faydalı iş əmsalı 56,1 faiz, 1 kilovat- saat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı 220 qram təşkil edəcək. Layihəyə əsasən inşa olunacaq qurğu ildə 3,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək.
Sonra dövlətimizin başçısı beton qarışığı tökən qurğunu işə salıb.
İnşaatçılarla görüşən Prezident İlham Əliyev onları təbrik edərək deyib ki, “Şimal-2” stansiyasının tikintisi çox əlamətdar hadisədir: “Bir tərəfdən ona görə ki, biz Azərbaycanda yeni, böyük infrastruktur layihəsinin icrasına başlayırıq. Bu, artıq Azərbaycanda ənənəvi xarakter daşıyır. Digər tərəfdən, bu stansiyanın tarixi də çox gözəldir. “Şimal-1” elektrik stansiyası on il bundan əvvəl tikilməyə başlanmışdır. 1998-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə aparılan danışıqlar nəticəsində “Şimal-1” elektrik stansiyasının tikintisi üçün Yaponiya hökuməti kredit ayırmışdır. 2000-ci ildə burada Ulu öndərin iştirakı ilə “Şimal-1” elektrik stansiyasının təməl daşı qoyulmuşdur və 2002-ci ildə stansiya istifadəyə verilmişdir”.
Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, bu stansiyanın tikintisi Azərbaycanın həyatında çox əlamətdar hadisədir: “çünki bu, inkişafımıza yeni təkan verəcəkdir. Son illər ərzində Azərbaycanda bu sahədə çox böyük işlər görülmüşdür. Təkcə son beş il ərzində - 2006-cı ildən bu günə qədər Azərbaycanda 11 elektrik stansiyası tikilmişdir ki, onlardan doqquzu istilik elektrik, ikisi su elektrik stansiyasıdır”.
Prezident İlham Əliyev söyləyib ki, biz siyasətimizi ölkəmizin ümumi inkişaf strategiyasına uyğun şəkildə qurmalıyıq və qururuq: “Baxmayaraq ki, hazırda kifayət qədər elektrik stansiyalarımız var, yenə də stansiyaların tikintisi böyük əhəmiyyət daşıyır. Növbəti iki il ərzində Azərbaycanda istifadəyə veriləcək yeni stansiyaların hesabına biz əlavə 1300 meqavat elektrik enerjisi əldə edəcəyik. Biz bu rəqəmdən 400 meqavatı “Şimal-2”-dən, təxminən 800 meqavatı isə indi tikilməkdə olan “Cənub” Elektrik Stansiyasından alacağıq. Biz digər stansiyaların, o cümlədən su elektrik stansiyalarının tikintisi hesabına əlavə 1300 meqavat enerji alacağıq. Beləliklə, 2006-2013-cü illər ərzində Azərbaycanda yaradılacaq yeni enerji gücü təxminən 3000 meqavata bərabər olacaqdır. Yenə də demək istəyirəm ki, bu, tarixi nailiyyət olacaq. çünki bütün əvvəlki dövrlə müqayisədə eyni həcmdə enerji cəmi yeddi il ərzində yaradılacaqdır”.
Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe bu tədbiri Yaponiya-Azərbaycan dostluğu və əməkdaşlığının vacib mərhələsi kimi dəyərləndirib.
Prezident İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

