/ / Bakı-Ələt avtomobil yolunun yenidən inşa edilmiş 4-8-ci kilometrlik və yenidən qurulmuş 8-14-cü kilometrlik hissələrinin açılışı olub
Bakı-Ələt avtomobil yolunun yenidən inşa edilmiş 4-8-ci kilometrlik və yenidən qurulmuş 8-14-cü kilometrlik hissələrinin açılışı olub
09.11.2010 [09:35]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bakı-Ələt avtomobil yolunun yenidən tikilmiş 4-8-ci kilometrlik və yenidən qurulmuş 8-14-cü kilometrlik hissələrinin açılışında iştirak edib.
İnşaatçılar və nəqliyyat işçiləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına əvvəlcə Bakı-Ələt avtomobil yolunun 4-8-ci kilometrlik hissəsinin texniki-iqtisadi göstəriciləri barədə məlumat verib. Bildirilib ki, bu avtomobil yolu “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində “Bakı-Astara yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarı arasında yolun yeni trassa köçürülməsi ilə əlaqədar tikilib. 2009-cu ilin mayında inşasına başlanılan birinci dərəcəli bu yolun uzunluğu 3,5 kilometrdir. 17,5 metr enində olan yolun hərəkət hissəsi 5 zolaqlıdır. Nəqliyyat Nazirliyinin sifarişi ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa olunan yolda 1190 metr uzunluğunda istinad divarları tikilib, müasir işıq dirəkləri, istiqamətverici işarələr və piyadalar üçün səki yaradılıb. Yolun geniş olması paytaxta gələn avtomobillərin sərbəst hərəkətinə imkan yaratmaqla, gələcəkdə baş verə biləcək tıxac problemlərini də tam aradan qaldıracaq.
Sonra Prezident İlham Əliyevə Bakı-Ələt avtomobil yolunun 8-14-cü kilometrlik hissəsinin yenidən qurulması barədə məlumat verilib. Bildirilib ki, Bakı-Ələt avtomobil yolunun 8-14-cü kilometrlik hissəsinin və Bibiheybət-Lökbatan dairəsi sahəsinin yenidən qurulması Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Plan”ı çərçivəsində həyata keçirilib. Bu yolun yenidən qurulan hissəsinin uzunluğu 5,7 kilometr, eni 22,5 metr, hərəkət zolaqlarının sayı isə 8-dir. Burada 2800 metr uzunluğunda istinad divarları çəkilib. Yolun üzərində 2 yolüstü piyada keçidi inşa olunur ki, buradan gələcəkdə piyadaların hər iki tərəfə təhlükəsiz hərəkəti təmin olunacaq. Yol boyu istiqamətverici işarələr və işıq dirəkləri quraşdırılıb.
Dövlətimizin başçısına məlumat verilib ki, bu yol respublikanın cənub, cənub-qərb, qərb, mərkəzi aran və şimal-qərb bölgələrindən, həmçinin Astara, Biləsuvar, Qazax və Balakən rayonlarında yerləşən sərhəd məntəqələrindən Bakı şəhərinə gələn və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin şəhərin giriş hissəsində - Lökbatan dairəsindən Bibiheybət məscidinə qədər və əks istiqamətdə maneəsiz birtərəfli hərəkətinə imkan verəcək, “Sədərək” və “Binə” ticarət mərkəzlərinə rahat gediş-gəlişi təmin edəcək.
Prezident İlham Əliyev inşaatçıları təbrik edərək deyib: “Sizi təbrik edirəm, çox yaxşı iş görmüsünüz, şəhərimiz üçün çox gözəl yol tikmisiniz. Bu, böyük peşəkarlıq tələb edən bir layihədir, çünki burada yolun böyük hissəsi dağın yarılması hesabına yaradılıb. Sadəcə, burada yeni yol çəkmək deyil, böyük işlər görülüb, - həm istinad divarları tikilib, həm dağ yarılıb, həm də yol genişləndirilib. İndi bu, şəhər sakinləri, şəhərə gələn qonaqlar üçün ən gözəl yollardan biridir. Bu yol bizi sərhədlərlə birləşdirir. Həm keyfiyyət, həm gözəllik, işıqlandırma sistemi. Yəni dünya standartlarına cavab verən yoldur. Eyni zamanda, yeni yol da tikilib. O yol mövcud deyildi. O da birtərəfli, 6 zolaqlı, geniş rahat bir yoldur. Bizdə artıq yaxşı təcrübə vardır. Bizim şirkətlər bu işlərdə böyük təcrübə əldə ediblər. Mən çox şadam ki, son vaxtlar yol tikintisində, ancaq Azərbaycan şirkətləri iştirak edirlər. Bu, onu göstərir ki, bizdə ən qabaqcıl texnologiyalara uyğun şəkildə keyfiyyətli yolların tikilməsi artıq mümkündür. Əvvəlki illərdə biz daha çox xarici mütəxəssislərdən asılı idik. Onları dəvət edirdik. Onlar bizim üçün yol tikirdilər. İndi biz özümüz tikirik. Yəni, həm bizim insanlar, mütəxəssislər işləyir, həm iş yerləri yaradılır, həm də ki, gəlir qalır Azərbaycanda, xaricə getmir. Son illərdə çoxlu yollar tikilib, yenə də tikiləcəkdir. Bu gün dairəvi yolun açılışını qeyd edəcəyik. Bu da tarixi hadisədir. Bakını şəhərə girmədən bütün istiqamətlərlə birləşdirən, eyni zamanda, şimal istiqamətlərindən cənub-qərb istiqamətlərinə aparan yeni yoldur. Biz rahat, keyfiyyətli yolun açılışını qeyd edəcəyik. Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm”.
Sonra dövlətimizin başçısı paytaxtın və bütövlükdə ölkənin nəqliyyat arteriyasında əhəmiyyətini nəzərə alaraq bu yoldan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

