2 ildə 4,4 milyard manat...
06.05.2022 [09:56]
İşğaldan azad edilmiş ərazilərdə təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaq
Nurlan QƏLƏNDƏRLİ
Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı qəbulda çıxışı zamanı çox mühüm məsələlərə toxundu, vacib mesajlar verdi. Dövlət başçısı erməni vandalizmindən, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, Böyük Qayıdışın reallaşdırılmasından, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar görülən işlərdən və digər bir sıra məsələlərdən bəhs etdi.
Zəngilan rayonunun böyük dağıntılara məruz qaldığını vurğulayan dövlət başçısı söylədi ki, bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir. Dünya, eyni zamanda, başqa bir reallığa şahidlik edir. Bu, işğaldan azad edilmiş ərazilərə həyatın qaytarılması - bərpa və quruculuq işlərinin uğurla davam etdirilməsidir. Yəni beynəlxalq ictimaiyyət erməni vandalizmini də görür, Azərbaycan xalqının qurduğunu, yaratdığını və yaşatdığını da. Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işləri artıq başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur. Bununla yanaşı, Böyük Qayıdışın qısa müddətdə və yüksək səviyyədə həyata keçirilməsi üçün zəruri infrastruktur yaradılır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Zəngilan rayonu birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar”. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin qurulması - Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsi üçün zəruri resurslar səfərbər olunub. Keçən il və cari il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni toplam 4,4 milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaq.
Zəngilan rayonunda icra edilən layihələr sırasında nəqliyyat infrastrukturunun yaradılması mühüm əhəmiyyətə malikdir. Burada Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu xüsusi yer tutur. Dövlət başçısının qeyd etdiyi kimi, bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək. Bununla yanaşı, dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm də avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq. Prezidentin diqqətə çatdırdığı kimi, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Bununla yanaşı, Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli infrastruktur olacaq. Bütövlükdə, görülən işlər, rayonun coğrafi mövqeyi, beynəlxalq bazarlara yaxın olması Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişafını təmin edəcək.
Böyük Qayıdışı, Zəngəzur dəhlizinin reallaşdırılmasını “siyasi romantizm” adlandıranlar var idi. Elə bu gün də “korun tutduğunu buraxmaması” prinsipi ilə eyni “yanaşma”nı davam etdirirlər. Reallıqlar isə onların geniş dünyadakı dar dünyagörüşünün sərhədlərini çoxdan aşıb, dezinformasiya silahını zərərsizləşdirib - yalanlarını ifşa edib. Yəni artıq sülhün və əməkdaşlığın birgə addımlayacağı Zəngəzur dəhlizinin inşasına start verilib, Böyük Qayıdış təntənəli Zəfər yürüşünün bir halqasına çevrilib.
Ümumiyyətlə, Azərbaycan bu günə qədər Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin icrasında çox fəal rol oynayıb, ölkəmizin təşəbbüsü ilə əhəmiyyətli addımlar atılıb. İndiki mərhələdə Azərbaycan Avrasiyada geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizi üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək. Bu dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm siyasi-iqtisadi dividendlər qazanacaq. Başqa sözlə, perspektivə dair aydın strateji baxışları olan Azərbaycanın yaratdığı bu reallıqlar təkcə respublikamız üçün deyil, bütövlükdə region dövlətləri və dünya siyasətinin aparıcı subyektləri üçün də mühüm dividendlər vəd edir. Bu məsələlərə toxunan Prezident İlham Əliyev “Biz həm Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəyik, tam yeni nəqliyyat dəhlizi açılacaq. Nəzərə alsaq ki, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır, əlbəttə, Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq”, - deyə vurğulayıb. Beləliklə, qalib Azərbaycan strateji hədəflərinə doğru addım-addım irəliləyir.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20

