Xəzərdən Avropaya“mavi yanacaq” axını
23.12.2021 [10:55]
“Şahdəniz”dən hasil olan “mavi yanacaq” Cənub Qaz Dəhlizi ilə Avropaya daşınır
Mübariz ABDULLAYEV
Azərbaycan uğurlu enerji siyasəti həyata keçirir. Bunun nəticəsində ölkəmizin ayrı-ayrı region dövlətlərinin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu əhəmiyyətli dərəcədə artıb. Qürurverici haldır ki, hazırda bir sıra Avropa dövlətlərinin neft məhsullarına olan tələbatının təxminən 40 faizi respublikamızın karbohidrogen resursları hesabına ödənilir. Azərbaycan təchizatla bağlı öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirir.
Respublikamızın enerji siyasəti yalnız neft hasilatı və ixracı üzərində qurulmayıb. Azərbaycan xarici tərəfdaşlara “mavi yanacaq” ixracına 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verilməsi ilə başlayıb. Bu kəmərlə “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın Gürcüstana, Türkiyəyə və Yunanıstana ixracı həyata keçirilib. Bəhs olunan boru kəməri öz funksionallığını bu gün də qoruyub saxlayır. Təkcə belə bir statistikanı xatırlatmaq kifayətdir ki, 2021-ci ilin 11 ayında respublikamızdan qazın nəqlinin 50,4 faizi məhz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilib və 15 milyard 922,9 milyon kubmetr qaz ötürülüb.
Təbii ki, Bakı-Tbilisi-Ərzurum boru kəməri Xəzərin Azərbaycan sektorunda aşkarlanan yataqların ehtiyatlarının bütün həcmlərini ölkəmizin sərhədlərindən uzaqda yerləşən istehlakçılara çatdırmaq üçün zəruri fiziki imkanlara malik deyil. Buna görə Azərbaycan yeni nəql marşrutunun - Cənub Qaz Dəhlizi layihəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi.
Azərbaycan XXI əsrin layihəsini reallaşdırmağa nail olub
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu artıran “Cənub Qaz Dəhlizi”nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Xatırladaq ki, dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə yatağın istismarı dayandırılıb, onun potensial imkanları müəyyən edilməyib. 1996-cı ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olduğunu təsdiqləyib. Yeni kəşfiyyat-dəyərləndirmə işlərinin nəticəsi gözləniləndən daha yaxşı olub. Mütəxəssislər yataqda 1,2 trilyon kubmetr qazın olmasını ehtimal edirlər. Beləliklə, 2011-ci ildə Avropa İttifaqı (Aİ) və Azərbaycan Xəzərdən “qoca qitə”yə birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. 2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıblar. 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyulub. 29 may 2018-ci il tarixində Bakıda Cənub Qaz Dəhlizinin, 12 iyun tarixində isə Əskişəhərdə (Türkiyə) bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı baş tutub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə Avropa bazarına tədarükünə başlanılıb.
Avropanın xilaskarı rolunda...
Azərbaycan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürüb. Sözügedən layihə XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Bu, texniki baxımdan çox mürəkkəb və bahalı layihədir. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl artıq istehlakçılarla müqavilələr imzalanmışdır. Yanvarın 1-dən başlayaraq İtaliya, Yunanıstan və Bolqarıstan 7,2 milyard kubmetr qazla təchiz olunub. Gələn il bu, 9 milyard, 2023-cü ildə azı 11 milyard kubmetr olacaq.
Cənub Qaz Dəhlizi ətrafında tərəfdaş dövlətlərdən, transmilli şirkətlərdən, beynəlxalq maliyyə qurumlarından ibarət güclü komanda formalaşıb. Burada Böyük Britaniyanın, Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi qeyd edə bilərik. Layihənin reallaşdırılmasında Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya da yaxından iştirak ediblər. Həmçinin bir sıra dövlətlər də perspektivdə Cənub Qaz Dəhlizinə qoşulmaqla bağlı niyyətlərini bildiriblər.
Qeyd olunduğu kimi, cari ilin əvvəlindən Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılır. Artıq bir neçə aydır ki, Avropada yaşanan qaz böhranı da hər kəsə bəllidir. Burada Azərbaycanın önəmi daha qabarıq şəkildə nəzərə çarpır. Belə demək mümkündürsə, indiki çətin dönəmdə ölkəmiz “mavi yanacaq” qıtlığı yaşayan Avropanın xilaskarı rolunda çıxış edir. Daha bir mühüm məqam ondan ibarətdir ki, tələbatın artmasına baxmayaraq, ölkəmiz istehlakçılara qarşı hər hansı bir əlavə şərtlər irəli sürmür. Bu, Azərbaycanın fürsətcil mövqedən uzaq olduğunu bir daha təsdiqləyir və ölkəmizə olan inamı artırır. Prezident İlham Əliyev Brüsseldə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində ölkəmizin enerji siyasətinə bir daha aydınlıq gətirib. “Bizim qaz strategiyamız çox aydın və açıq olub”, - deyə dövlətimizin başçısı vurğulayıb.
ÜDM-də neft və qazın həcmi azalır
Son 18 ildə transmilli şirkətlərlə imzalanan müqavilələr çərçivəsində ölkəmizə gələn neft gəlirləri məqsədyönlü şəkildə iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafına yönəldilib və böyük həcmlərdə investisiyalar hesabına çoxlu sayda iri istehsalatlar yaradılıb. Hazırda həmin istehsalatlar yenə də dövlət əsaslı vəsait qoyuluşu hesabına bütün ölkə üzrə qurulan güclü infrastrukturla birlikdə Azərbaycanda iqtisadi fəallığın artmasında mühüm rol oynayır. Bütün respublika üzrə müasir sənaye quruculuğu geniş vüsət alıb. Təsadüfi deyildir ki, son illərdə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sənayesində qeydə alınır. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində milli iqtisadiyyatımızın strukturunda müşahidə edilən dəyişikliklərdən məmnunluğunu bildirərək vurğulayıb: “Uzun illər bundan öncə neft və qazın ÜDM-də payı mütləq çoxluq təşkil edirdi, indi isə yarıdan da azdır”.
Beləliklə, Azərbaycan iqtisadiyyatının strukturu daha çox balanslaşdırılmış olub. Lakin ixracın 90 faizindən çoxunu neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi təşkil edir. Paralel şəkildə cari ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 45 faiz artıb. Energetikaya aid olmayan sənayemiz 20 faiz artıb. Bütün bunlar əlamətdar nəticələrdir.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

